"Rusiya millisinə məni bir neçə dəfə dəvət ediblər" MÜSAHİBƏ

28.03.2014 | 4257 dəfə oxunub

"Sumqayıt" və Azərbaycanın U-21 yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir. 

- Şahruddin, azarkeşlər sənin haqqında geniş bilgiyə malik deyil. Öncə elə özün haqda məlumat verərdin...

- Mahaçqalada doğulmuşam. Futbolla 9 yaşımdan məşğul oluram. 12 yaşında isə məni dayım Moskvaya apardı. “Torpedo”da baxışdan keçdim. Məhz bu klubda 6 il oynadım.

- Bildiyimə görə, Rusiyanın U-19 yığma komandasına da cəlb edilmisən. Düzdü?

- Bəli. Bir neçə dəfə məni dəvət ediblər. 

- Məndə olan məlumata görə, orada dava etdiyinə görə səni qovublar...

- Yox, yox, belə bir şey olmayıb. Mən üç dəfə Rusiya yığmasına dəvət edilmişəm və heç kəslə dava etməmişəm. Sadəcə orada oynamaq istəmədim.

- Yaxşı Rusiya yığmasına dəvət edilə-edilə “Şahdağ”a necə gəldin?

- Moskvada klubsuz idim, fərdi məşq edirdim. Qapıçı məşqçisi zəng elədi ki, qapıçı axtarırlar. Mən də dərhal gəldim Qusara. Başladım “Şahdağ”da oynamağa.

- “Şahdağ”da işlərin yaxşı gedirdi. Əsas heyətin də qapısını qoruyurdun. Nə vaxtsa Azərbaycan Premyer Liqasında oynayacağını düşünürdün?

- Qusara gəldim və məşqçilər məni bəyəndilər. Gələn kimi məşq edirdim ki, Premyer Liqa klublarının diqqətini cəlb edim. Qusarda şərait yaxşı olmasa da, mən bunun öhdəsindən gəldim.

- “Sumqayıt”a səni kim məsləhət gördü?

- “Şahdağ”ın heyətində olanda məni U-21 yığma komandasına cəlb etdilər. Türkiyədə təlim-məşq toplanışındaydıq və “Sumqayıt”ın prezidenti yaxınlaşdı, orda oynamağı təklif etdi. Mən də fikirləşmədən razılaşdım.

- Təlim-məşq toplanışında Bernard Lippert sənə nə dedi?

- Lippert şəxsən özü mənimlə danışmadı. Sadəcə atmosferi bəyəndim, uşaqlarla aram yaxşı idi.

- "Sumqayıt”da Andrey Popoviçi ehtiyata ata bilmisən...

- O, Azərbaycanın ən yaxşı qapıçılarından biridi. Popoviçlə güclü rəqabət gedir. Amma bizim münasibətimiz çox yaxşıdı.

- “Qarabağ”la oyunda qapını pis qorumadın. Amma sonda məğlub olduz. Niyə alınmadı?

- Mən heç vaxt “Qarabağ” kimi güclü komandaya qarşı oynamamışam. Yaxşı müdafiə olunurduq. Ancaq sonda səviyyə fərqi öz sözünü dedi. Onların oyunçuları fərdi olaraq güclüdü. Yeddi dəqiqəyə üç qol vurdular.

- Hesab açılmamışdan əvvəl Reynaldonun başla zərbəsini əla reaksiya ilə dəf etdin. Bu epizodda hətta rəqib komandanın azarkeşləri də səni alqışladı...

- Qapıçı gərək həmişə komandasını qollardan xilas etsin. Əgər bunu bacarmırsa, qapıda niyə dayanır ki?

- Amma sonradan Reynaldonun dubl etməsinə mane ola bilmədin...

- Əla oyunçudu. Həm texnikalı, həm də sürətli olduğundan qarşısını almaq çətin idi.

 - Necə düşünürsən, bizim güclü klublarımızda oynaya biləcək gücdəsən?

- “Sumqayıt”ı pis komanda hesab etmirəm. Sadəcə bizim komandada cavanlar çoxdu. Bir az inam çatışmır. Amma hansı klubda oynayacağımı bilmirəm. Mənim üçün ən əsası indi “Sumqayıt”dı. Məşqçilərin mənə güvənməsi çox sevindiricidi. Harda mənə güvənirlərsə, bu, mənim üçün yaxşıdı. “Sumqayıt”da məşqçilər mənə çox güvənir. sportinfo.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail