"Azərbaycan variantına görə həm pulumu..." FOTO

29.03.2014 | 4267 dəfə oxunub

"Flamenqo"dan ayrıldığım dövr mənim üçün heç də yaxşı olmadı. Bir neçə dəfə çətin vəziyyətlə üzləşdim. 13 il sıralarında olduğum, bütün uşaqlığımı və gəncliyimi verdiyim komandadan ayrılmaq da çətin idi”. Stadium.az xəbər verir ki, bu sözləri Omanın “Əl-Şabab” klubunun futbolçusu Marsinyo Pitbull deyib.

 27 yaşlı braziliyalı yarımmüdafiəçi yetirməsi olduğu “Flamenqo” klubundan ayrıldığı dövrü unuda bilmir. Kiçik yaşlarından bu komandada futbolun sirlərinə yiyələnən Marsinyo 2009-cü ildə Azərbaycandan da təklif aldığını, lakin sonda aldadıldığının peşmançılığını çəkməkdədir: “Menecerlər mənə ölkə xaricindən təklif gələcəyini dedilər. Lakin bir ay keçdi, onlardan soraq çıxmadı. Klubsuz qalmağımdan çox narahat idim. Karyeramın ən ağır ayları idi. Nəhayət San-Paulu “Yuventus”undan təklif aldım və onlara qoşuldum. Lakin bir neçə iş adamı ilə görüşdüm. Onlar da məni Azərbaycan klubuna aparacaqlarını söz verdilər. Heç vaxt xaricdə oynamadığımdan onlarla razılaşdım. Bileti alıb, səfər günündə hava limanında onları gözlədim. Lakin onlar aradan çıxmışdılar. Azərbaycan variantına görə həm pulumu, həm də vaxtımı itirdim. Üstündən neçə il keçəndən sonra Omanda oynamaq təklifi alanda da Azərbaycanla bağlı xatirəm gözlərim önündə canlandı. Amma müqavilə imzalayıb “Əl-Şabab”a keçdim”.

 Qeyd edək ki, Pitbull 2012-ci ilədək Braziliyanın “Flamenqo”, “Makae”, “Sosial”, “Botafoqo”, “Dukue de Kasias”, “Fiqueyrense”, “Amerika”, “Formoza”, “Demokrata” klublarında çıxış edib və 2 il əvvəl Omana yollanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail