Hacıyev: "Təmiz penaltimiz verilmədi"

29.03.2014 | 4658 dəfə oxunub

“Bu oyunun şərhə ehtiyacı yoxdur, vacib olan üç xalı qazandıq. Çoxsaylı qol imkanlarından istifadə edə bilmirdik, yekunda Nfor fərqlənə bildi. Hakimlər barəsində ümumiyyətlə danışmaq istəmirəm, cərimə meydançasında Nforu yıxdılar, təmiz penaltimiz verilmədi. Bu il buna alışmışıq. Əvvəllər deyirdilər ki, "Neftçi"ni irəli çəkirlər, amma bu gün “Neftçi”ni sıxırlar. Hesabımızda 51 xal var, öz yolumuza davam edirik". Stadium.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisİ Böyükağa Hacıyev Topaz Premyer Liqanın 28-ci turunda "Xəzər Lənkəran"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Rəqibin qol epizodunun olmadığı söyləyən təcrübəli mütəxəssis bildirib ki, "Xəzər Lənkəran"la oynadıqları matçlara "böyük oyun" demək düzgün deyil:

"Rəqibin 100 faizlik epizodu olmadı, oyun bir qapıya getdi. Mən 10 gün əvvəl demişəm ki, “böyük oyun” söhbətini yığışdırın. Bu, “Böyük oyun”dan çox küçə savaşına bənzəyir. Qorxurdum ki, uşaqlar yenə nəzarətdən çıxar. “Xəzər Lənkəran”a 5 qol vuracam demişdim, deməmiş olum".

B.Hacıyev bu görüşdə  2-3 min azarkeşin stadiona buraxılmadığını vurğulayıb:

"Polislər azarkeşi stadion boyu qovurdu. Təzyiq necə olur? Futbola gözəllik verən azarkeşlərdir, bilmirəm ki, onları stadiona niyə buraxmırlar. “Neftçi”yə qarşı böyük təzyiqlər var".

Təcrübəli mütəxəsis komandanın bir neçə futbolçusu barədə də fikirlərini bölüşüb: "Cavid İmamverdiyevə inanıram, potensialını açmaq lazımdır. Bir vaxt Araz Abdullayev də indiki Caviddən güclü deyildi. Ya Cavid bezib futboldan gedəcək, ya da mən deyən futbolu oynayacaq”.

Hacıyev onu da qeyd edib ki, Sadıq Sadıqov komandadan getsə, özü ondan  24 saat əvvəl "Neftçi"dən gedər:"Mən yığdığım reytinqi ona borcluyam. O məni “Neftçi”yə gətirib".

Azərbaycan kubokundakı şanslarını da dəyərləndirən baş məşqçi deyib: "Kubokda iddialıyıq, bu komandaların içində yeganə yerli məşqçi mənəm. Bacardığımız yerə qədər gedəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail