"Kaxaber Sxadadze ilə söhbətim olmayıb, şans gözləyirəm" MÜSAHİBƏ

31.03.2014 | 4326 dəfə oxunub

"İnter"in yarımmüdafiəçisi Fuad Bayramov Stadium.az-a müsahibə verib. Ötən il böyrəyi çıxarıldıqdan sonra futboldan uzaqlaşacağı deyilən Bayramov özündə güc taparaq yenidən əsas komandaya qayıtdı. Kaxaber Sxadadzenin ən çox güvəndiyi oyunçulardan olan Fuadın qarşıdakı turlarda əsas heyətdə meydana çıxacağı gözlənilir.

- Məşqlərə başlamısan?
Bir aydı ki, qayıtmışam.
Məlum məsələdən sonra məşq etmək çətin gəlmirki?
Yox hər şey yaxşıdı. Bir az oynamaq lazımdı. Zədədən sonra təcrübə toplamaq üçün.
Kaxanın sənə münasibəti dəyişməyib?
Yox, dəyişməyib. Böyrəyimi itirsəm də, məni komandada saxldılar. Sağolsunlar.
- Amma bir ara deyəsən səninlə yolları ayrımaq istəyirdilər. Düzdü?
- Yox, sadəcə anlaşılmaz olmuşdu.
- Əsas komandanın oyunlarına nə vaxt qayıdacaqsan?
- İnşallah baş məşqçi nə vaxt şans versə. Çalışacam ki, əvvəlki kimi olum.
- Kaxaber Sxadadzenin sənə əvvəlki kimi güvənmədiyini hiss etməmiş olmazsan...
- Axı güvənməsəydi saxlamazdı komandada. Güvənib ki, saxlayıb.
- Oynamadığın vaxtda diqqətdən kənar qalmağın səni futboldan küsdürmədi?
- Açığı mən zədə alsam da formadan düşmürəm. Bir-iki oyun lazım olur ki, əvvəlki formamı bərpa edim. Bu yaxşıdı. Futbolçu var ki, zədələnəndən sonra uzun vaxt lazım gəlir özünə gəlməsi üçün. Futboldan küsmədim. Sadəcə filirləşirəm ki, birdən belə olmasaydı bəlkə də indi əsas millidə oynayırdım. Amma şükür Allaha indi də hər şey yaxşıdı.
- Kaxaber Sxadadze ilə danışmısan? Nə deyir?
- Yox, heç bir söhbətimiz olmayıb. Ancaq nə vaxt şans versə, doğruldacam özümü.
Hər halda yenidən əsas heyətə düşməyin çətin görünür. Çünki indi Abdulla Abatsiyev oynayır. Necə düşünürsən, onu sıxışdırıb çıxarda bilərsən əsas heyətdən?
- Təbii ki, çətindi. Amma çalışacam ki, əsas heyətdə oynayıb. Abdulla indi yaxşı formadadı.
- Son sözün nədi Fuad?
- Allah heç bir futbolçuya zədə göstərməsin. Futbolçunun ən pis günü zədəli olduğu vaxtlardı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail