“İnter”i qələbə münasibəti ilə təbrik edirəm, çox yaxşı oynadılar"

31.03.2014 | 3897 dəfə oxunub

"Rəvan"ın baş məşqçisi Güvenc Kurtar Topaz Premyer Liqasının 28-ci turunda "İnter"ə  məğlubiyyəti (0:3) şərh edib. Stadium.az xəbər verir ki, türkiyəli mütəxəssis rəqibin daha üstün oyun nümayiş etdirdiyini deyib: “İnter”i qələbə münasibəti ilə təbrik edirəm, çox yaxşı oynadılar. Bu oyunu “Neftçi” ilə oyundan öncə sınaq kimi çalışdıq. Rəqibin iki cinah futbolçusu “Neftçi”də olduğu kimi hücum zamanı meydana daxil olur. Onların qarşısını ala bilmədik. Qapı dirəyindən dönən topumuz var idi. İkinci qolu buraxdıqdan sonra isə işimiz daha çətin oldu".

Kurtar bildirib ki, bundan sonra bütün güclərini kubok oyunlarına yönəldəcəyiklər: "Bundan sonrakı oyunlarda qələbə qazanmaq istəyirik. Kubokdan öncə “Sumqayıt” və “Qarabağ”la oyunumuz var. Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. “Sumqayıt”ın son oyununu izlədim, əvvəlkindən çox fərqlənirlər".

Təcrübəli çalışdırıcı Elvin Əsgərovun başçılıq etdiyi hakimlər korpusunun oyunu idarə etməsindən razı qalıb: "Hakimlərə təşəkkür edirəm, oyunu yaxşı idarə etdilər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail