"Xəzər Lənkəran"ın üzvü Erik Ramosu pislədi: "Ayağıma vurur, söz atır" MÜSAHİBƏ

31.03.2014 | 4809 dəfə oxunub

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Elnur Abdullayevin müsahibəsi:

- Məğlubiyyət gözlənilən idi?
- Gözləmirdim, yox. Oyun pis getmirdi bizimçün.
- Daha çox müdafiəyə üstünlük verirdiz. Bu da bir taktikadı. Amma belə derbilərə heç yaraşmır. 

- Bu, bizim taktikamız idi. Əks-hücumlarda qol vurmalıydıq. Sonradan sistemimiz bir az da dəyişdi.  

- Niyə?
- Tural Cəlilov zədələndi deyə, müdafiədə bəzi dəyişiklər olundu. Bu da hardasa oyunumuza mənfi təsir göstərdi.

- Səncə, məğlubiyyətinizə səbəb bir bu dəyişiklik oldu?

- Təbii ki, məğlubiyyətdə hamının günahı olur. Amma hər halda sistemdəki dəyişiklik bir az həmin mövqedə problemlər yaşatdı. 

- Oyunda elə bir təhlükəli epizod yaratmadız. Cinahlar fəal deyildi. Mərkəzdə tez-tez top itkilərinə yol verirdiz. Sanki meydana 0:0 hesabını qorumaq üçün çıxmışdız. 
- Yenə deyirəm, biz əks-hücumlarda oynayırdıq. Birinci hissədə qol vurmaq imkanımız var idi, amma alınmadı. «Neftçi»yə də çox açıq zona vermirdik. Çalışırdıq arxada diqqətli olaq. 
- Çempionatda itirəcəyiniz bir şey qalmamışdı onsuz da. Olmazdı ki, elə hücum futbolu oynayasız?

- Nə bilim, vallah. Bu, baş məşqçinin qərarı idi. Əsas fikrimiz kubokadı.
 
- Mənimlə razılaşarsan ki, budəfəki “Böyük oyun”a bənzəmədi. 

- Hə, elədi, vallah. Bir az oxşamadı.
 

- Yaxşı, bəs “Xəzər”in oyunu niyə alınmadı?

- Bütün fikrimiz kubokda olduğundan bu oyuna çox köklənə bilmədik.
 

- Demək istəyrisən ki, bu oyunu ciddiyə almırdız?

- Yox, elə deyil. Bizim üçün önəmli oyun idi. Qismət deyilmiş qələbə.
 

- “Neftçi”ni necə, qələbə ylayiq görürsən?

- Açığı, əvvəlki “Neftçi”ni görmədim meydanda. Ədalətli hesab 0:0 idi.
 
- Bir epizodda Erik Ramosla mübahisən oldu. Nə baş vermişdi orda?

- O, bir az “kaprizni”di. Azərbaycanda bütün oyunçularla mübahisə edir. Ramos futbolçuya yaraşmayan hərəkətlərə yol verir. Adam başa düşmür ki, bu nə etmək istəyir. Gəlir, topsuz yerdə ayağıma vurur, söz atır. Bir sözlə, Ramos gic-gic hərəkətlər edir.

- Bu oyunla ölkə kubokunda nəsə edə biləcəksiz? “Qəbələ“ni yarımfinaldan kənarlaşdırmaq belə derbilərdən də çətindi. Rəqibinizin heyəti sizdən də güclüdü. Nəzərə al ki, onların da əsas ümidi kubokla bağlıdı.
- Futboldu, hər şey mümkündü. Bütün fikrimiz kubokadı. (sportinfo.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail