"Neftçi"dən AFFA-ya kəskin etiraz

01.04.2014 | 4623 dəfə oxunub

Bu gün AFFA İcraiyyə Komitəsinin iclasında "Neftçi" - "Xəzər Lənkəran" matçı zamanı qonaq komandanın qapıçısı Orxan Sadıqlının azarkeşlərə etdiyi ədəbsiz jestə cəzasız qaldı. Stadium.az xəbər verir ki, "Neftçi" klubu bu məsələyə etiraz edib. Məsələ ondadır ki, eyni hərəkəti “Xəzər Lənkəran”la “Neftçi” arasında Lənkəranda baş tutan oyunda bakılıların müdafiəçisi Mahir Şükürov lənkəranlı azarkeşlərə qarşı eyni hərəkəti etmişdi. Buna görə isə AFFA İntizam Komitəsi Mahiri 3 oyunluq cəzalandırmışdı. Məsələyə “Neftçi” klubu mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadəylə etirazın ilə  bildirdi: "Bizim Orxan Sadıqlı və "Xəzər Lənkəran"la heç bir problemimiz yoxdur. Amma "Neftçi"nin futbolçusu Mahir Şükürova eyni hərkətə görə cəza verilirdisə, Orxan Sadıqlıya da cəza verilməli idi. Bu qərar bir daha göstərdi ki, "Neftçi"yə qarşı mövsüm ərzində olan haqsızlıqlar hələ də davam edir. Çempionatın gedişatı zamanı bir neçə dəfə bildirmişdik ki, komandamıza qarşı haqsızlıqlar olur. Bu qərar isə bizim sözümüzü bir daha sübut etdi. Ümid edirəm ki, "Neftçi"yə qarşı olan bu ədalətsizlik gələcəkdə heç bir komandaya qarşı baş verməyəcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail