"İnter"dən AZAL-a gedən məşqçi: "Xoşdu ki, məni anladılar" AÇIQLAMA

03.04.2014 | 3731 dəfə oxunub

“İnter” U-19 komandasının baş məşqçsi Vadar Nuriyevlə vidalaşıb. Stadium.az xəbər verir ki, Nuriyev “İnter”in U-19 komandasına mövsümün əvvəlindən rəhbərlik etməyə başlamışdı. O, bundan öncə klubun müxtəlif yaş qruplarıyla çalışmışdı. Nuriyev klubla vidalaşmasını belə şərh edib: "İnter” mənim üçün xüsusi klubdu. Mən uzun müddət burada çalışmışam və bu müddət ərzində hamıyla yaxşı münasibətlərim formalaşıb. Bu yaxınlarda AZAL klubunun əsas komandasının məşqçilər heyətində çalışmaq təklifi aldım. “İnter”in rəhbərliyi məni buraxdı və buna görə minnətdarlığımı bildirirəm. Xoşdu ki, məni anladılar. Mənə göstərilən etimada görə klub rəhbərliyinə təşəkkür edirəm və “İnter”ə uğurlar arzulayıram”. Xatırladaq ki, “İnter”in U-19 komandasının yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail