"Bakı"nın serbiyalısını Qazaxstan klubu istəyir

03.04.2014 | 3551 dəfə oxunub

Ötən mövsüm Bojidar Bandoviçin istəyilə ilə "Bakı"ya gətirilən Risto Ristoviç cari mövsüm başlayandan oynamaq imkanı tapmırdı. Amma bir müddətdən sonra "zolaqlılar"ın çalışdırıcısı Milinko Pantiçin həmyerlisinə şans verməyə başladı. Hələ qışda komandanı tərk edəcəyi gözlənilən Ristoviç indi əsas heyət üzvüdü. Hər halda serbin komandadan gedişi baş verə bilər. Serbiyada “OFK”, “Banat” kimi klublarda oynamış “pleymeker” “Bakı”ya “Novi Pazar” klubundan gəlmişdi. Risotiviçin sabiq komandası olan “Novi Pazar” onu yenidən ölkəsinə qaytarmaq haqda düşünür. Eyniadlı şəhərin təmsilçisi ilə yanaşı Ristoviçi Qazaxstan yüksək liqasından istəyən var. Məsələ burasındadır ki, “Atırau” onunla müqavilə bağlamaq istəyir. Komandanın monteneqrolu çalışdırıcısı Miodraq Raduloviç “Bakı”nın üzvünü lap əvvəldən tanıyır. Elə indi komandada çıxış edən bir neçə futbolçu əvvəllər “Novi Pazar”da Ristoviçlə birlikdə çıxış edib. Ristoviçin "Bakı"da qalıb-qalmayacağı mövsüm sonunda bilinəcək.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail