"Burada maaşlar haradasa Birinci divizionla Superliqa arasındadı" MÜSAHİBƏ

03.04.2014 | 3999 dəfə oxunub

“Rəvan”ın baş məşqçisi Güvənc Kurtar müsahibəsində Azərbaycan futbolu, futbolçuların qiyməti və Bakı haqda fikirlərini bölüşüb. Stadium.az Kurtarın müsahibəsini diqqətinizə çatdırır:

- Azərbaycan  futbolunun səviyyəsi sizi məyus etmədi?
- Premyer Liqada bir neçə yüksək səviyyəli klub var. Yaxşı yarışdır və güclü futbolçular var. Məsələn, Superliqada oynaya biləcək futbolçular var. “A” Seriyasında, Braziliya çempionatında oyun təcrübəsi olan futbolçular var. Müxtəlif milli komandalardan olan futbolçular da z deyil.
- Mustafa Dənizli ilə bir yarışda iştirak etmək necədir?
- Türkiyədə biz bir yerdə işləmişik. Azərbaycan bizim ikinci Vətənimizdir. Ancaq biz görüşmürük. Onun komandası mənim komandamdan üç saatlıq məsafədə məskunlaşıb. Ancaq biz hələ onunla görüşəcəyik.
- Bəs burada futbolçuların maaşı necədir?
- Haradasa, beş-altı komandada ciddi pullar ödənir. Belə deyək, burada maaşlar haradasa Birinci divizionla Superliqa arasındadır.
- Bakı xoşunuza gəldi?
- Gözəl şəhərdir. Bununla belə, işimə görə doyunca gəzmək imkanı əldə etməmişəm. Burada yaxşı restoran və kafelər var. Düşünürəm ki, belə bir şəhərdə yaşayarkən, əcnəbilər uyğunlaşmaya çox vaxt sərf etmirlər.
- Nə vaxt “Rəvan”da Türkiyədən futbolçular görəcəyik?
- Belə bir fikrim yoxdur. Hələlik, əlimin altında olan futbolçularla nə edəcəyim barədə düşünürəm. Biz Azərbaycan Kubokunun yarımfinalına yüksəlmişik və bizi burada “Neftçi” kimi komanda ilə oyun gözləyir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail