"Simurq"un legioneri: "Ümidsiz deyiləm" MÜSAHİBƏ

04.04.2014 | 3760 dəfə oxunub

Simurq"un serbiyalı legioneri Draqan Çeran klubun rəsmi saytına müsahibə verib. Stadium.az müsahibəni təqdim edir:  
- Draqan, necə oldu ki, “Simurq”a gəlməyə razı oldun?
- Mövsümün əvvəlində bir çox təkliflərim var idi. Ancaq bir gün menecerim zəng etdi və soruşdu ki, Azərbaycanda oynamaq istəyərsən? “Simurq”dan sənə rəsmi təklif var. Mən də müsbət cavablandırdım və komandanın düşərgəsinə qoşuldum. Danışıqlar apardıq və müqavilə imzaladıq. 
 
- Bu qərarına görə, peşman deyilsən?
- Xeyr, əksinə vaxt ötdükcə düzgün qərar verdiyimə əmin oluram. Buradakı vəziyyətimdən çox razıyam.
 
- Hücumcu kimi oynamaq rahatdı, yoxsa pleymeyker?
- Hücumçudan hər kəs hər zaman qol gözləyir. Bu zaman da, futbolçu üzərində daima təzyiq hiss edir. Ancaq pleymeyker oynamaq mənə çox rahatdı. Çünki “Simurq”a qədər karyeram ərzində yalnız o mövqedə oynamışam. Ancaq bura gəldikdən sonra məşqçi mənə hücum xəttində şans verir. Çalışıram ki, bu işin öhdəsində bacardığım qədər gəlim. Oyunlarda göstərir ki, bu mövqedə də pis deyiləm. (gülür)
 
-  Geridə qalan oyunları “Simurq”üçün necə dəyərləndirirsən?
- Bəzi oyunlarda çox yaxşı nəticələr qazandıq, bəzilərində isə yox. Ümumi baxsaq, göstərdiyimiz nəticələrdən heç də razı deyiləm. Hətta elə oyunlarda oldu ki, meydanda rəqibdən üstün oynadığımız halda məğlub olduq və ya heç nədən xal itirdik. Bu da bizə turnir cədvəlində pis təsir etdi. Ancaq ümidsiz deyiləm. Hələ qarşıda bizim səkkiz oynumuz var.
 
- Artıq mövsümün sonuna yaxınlaşırıq. Karyeranı burada davam etdirmək istəyərsən?
- Hazırda bu məsələ açıq qalıb. Ancaq niyə də olmasın? “Simurq”da özümü çox yaxşı hiss edirəm. Komandada yaxşı insanlar çalışır. Klub prezidentindən və məşqçilərimdən razıyam. Əgər “Simurq” növbəti mövsümdə məni heyətində saxlamaq istəsə, bunu müsbət dəyərləndirəcəm.
 
- “Simurq”un heyətində ən çox yadında qalan oyun hansıdı?
- Heç bir oyunu unutmaq istəmirəm. Fikrimcə, istədiyim səviyyədə oynamaq üçün geridə qalan qarşılaşmaları yaddan çıxarmamalıyam. Etdiyim səhvləri xatırlayıb, onları düzəltməyə çalışmalıyam. Ancaq belə qalib gəldiyimiz heç bir qarşılaşmanı unutmamışam.
 
- Komandanın ən məhsuldar futbolçususan. Çempionatın sonuna qədər qollarının sayını çoxaltmaqla bağlı hədəfin var?
- Vurduğum bütün qollar mənim yox, bütün komandanın məhsuludu. Əlbəttə, oyunda fərqləndiyim vaxt çox sevinirəm. Ancaq qol vurmaqdan çox, hər zaman komandamızın sonda qazanacığı müsbət nəticəni fikirləşirəm. Mənim üçün əsas hədəf “Simurq”un qələbəsidi.
 
- Zaqatalada günlərin necə keçir?
- Düzünü desək, Zaqatalada yaşamaq çox çətindi. Ancaq biz peşəkarıq. Buna görə də, ancaq futbol haqqında düşünməliyik və bütün diqqətimizi buna yönəltməliyik. 
 
- Azərbaycan yeməkləri ilə aran necədi?
- Yeməkləriniz çox yaxşıdı. Böyük əksəriyyətini bəyənirəm.
 
- Azarkeşlər haqqında nə deyərdin?
- Onlar möhtəşəmdilər. Harda oynamağımızdan asılı olmayaraq, gəlib bizi dəstəkləyirlər. Hər bir qələbəmizdə onların rolu böyükdü. Buna görə təşəkkür edirəm və bizi daima dəstəkləmələrini istəyirəm.
 
- Səncə, “Simurq” mövsümü necənci pillədə başa vuracaq?
- Biz hələ Avroliqaya düşmək şanslarını itirməmişik. Buna görə də, son oyuna qədər mübarizə aparacağıq. Qarşıda səkkiz tur var və bu görüşlərdən maksimum xal toplamağa çalışacağıq. Bu, futboldu. Hər şey ola bilər. Həvəsdən düşməməliyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail