Pantiç: "Qarabağ” burada dörd qol vurubsa, “Barselona”dan daha güclü ola bilər"

06.04.2014 | 4360 dəfə oxunub

Topaz Premyer Liqasının 29-cu turunda “Neftçi” paytaxt derbisində “Bakı”nı qəbul etdi və Ernest Nforun tək qolu ilə rəqibini məğlub etdi - 1:0.

Stadium.az qonaq komandanın baş məşqçisi Milinko Pantiçin oyun haqda fikirləri ilə sizi tanış edir:

 “Oyundan sonra deməyə söz tapmıram. Yetirmələrim yaxşı oynadı. Bəzi epizodlarda hakim düzgün qərarlar vermədi. İlk hissədə hakim oyunu yaxşı idarə etdi, lakin ikinci hissədə tam əksi oldu. Sanki Flavinyoya göstərilən sarı vərəqədən sonra hakimlik bizə qarşı oldu. Çətin oyuna hazır idik. “Barselona”nın belə burada xal qazanması çətindir. Məğlubiyyət üzücü olsa da, heç bir futbolçumun zədələnməməsinə, sarı vərəqə limitini doldurmamasına sevinirəm. Tam heyətlə növbəti oyuna hazırlaşacağıq. “Qarabağ” burada dörd qol vurubsa “Barselona”dan daha güclü ola bilər. Komandam rəqibdən üstün oynadı. İlk hissədə 11 metrlik cərimə zərbəsi var idi, hakim vermədi. Marius Pena bir neçə imkandan istifadə edə bilmədi, olanımız budur. Aparıcı oyunçularımız bu oyunda iştirak etmirdi. Əfran İsmayılov tam hazır olduğu üçün əsas heyətdə meydana çıxmışdı, yaxşı oynadı. Bəlkə də onun yerinə Junioru oynatmalıydım. Bu halda isə meydana 3 yerli futbolçu ilə çıxmalı idim”.(PFL)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail