Kamanan: "İngiltərəyə yollanmaq, onunla da görüşmək istəyirəm" - MÜSAHİBƏ

07.04.2014 | 4547 dəfə oxunub

“Qəbələ”nin futbolçusu Yannik Kamanan Fransa mətbuatına müsahibəsi: 

- Artıq neçə ildir Azərbaycanda legioner həyatı yaşayırsınız. “Qəbələ” karyeranızı başa vurmaq, Fransaya qayıtmaq fikrində deyilsiniz ki?

- Mayın 20-dək bu suala cavab verə bilməyəcəm. Amma etiraf edim ki, ailəmdən bu qədər uzaqda yaşamaq bir az çətindir. Həyat yoldaşım və 2 uşağım Fransanın Valansyenn şəhərində yaşayır. Biz şəhərdə ev almışıq. Milli komandaların oyunları ilə əlaqədar fasilə yaranan kimi özümü ailəmin yanına çatdırıram.

- Peşəkar karyeranıza 2001-ci ildə İngiltərədə başladınız. Amma “Tottenhem”dən tez ayrıldınız...

- Baş məşqçimiz Qlen Hoddl mənə səbrli olmağı tövsiyə edirdi. Elə onun köməkçisi Kris Hyuton da komandada qalmağımı istəyirdi. Amma mən tərslik etdim və Fransaya qayıtdım.

- Teddi Şerinqem, David Jinola, Qustavo Poyet kimi futbolçularla eyni klubda qalmadığınız üçün peşman deyilsiz?

- Mən komandanın gələcək üçün ümidverən oyunçularından sayılırdım. Amma Fransaya qayıtmaqla səhv addım atdım. Qayıtmasaydım, necə olacağını demək çətindir.

- Həmin vaxt Fransa U-19-nun üzvü idiniz...

- Millidəki komanda yoldaşlarım Fransa liqasında özünü göstərməyə başlayırdı. Filipp Mekses, Bernar Mendi, Qael Danik, Cibril Sisse... Xüsusilə də sonuncu.

- Həmin vaxt klublarınızı tez-tez dəyişirdiniz...

- Əslində, hər şey yaxşı edirdi. Bəzi böyük klubların da maraq dairəsinə düşmüşdüm. Lakin Türkiyə “Sivasspor”u məni buraxmaq istəmədi. Çempionlar Liqasında oynayacaqlarını əsas gətirib yolumu bağladılar. Düzdür, bu turnirdə özümü göstərə bilərdim.

- Digər Türkiyə klubu  - “Mersin İdman Yurdu”nda karyeranızın alınmaması nə ilə bağlı idi?

- Orda 1 ilə yaxın qaldım. Amma çox oynamırdım. Tanış menecerlərdən birindən xahiş etdim ki, variant olsa mənə xəbər etsin. O da sifətimə baxıb Azərbaycan variantının olduğunu dedi. Müəyyən nüfuzum var idi. Amma yaşıma da nəzər saldım. Düşünüb tez qərar verdim. Axı hələ çox oynamaq istəyirdim.

- Qəbələni necə təsvir edə bilərsiniz?

- Biz kotteclərdə məskunlaşmışıq. Burada əla, 5 ulduzlu otellər də var. İstəsəm Fransa televiziyasını da izləyə bilərəm. Lakin ingilis dilini də yaxşı bildiyimdən “Sky Sports”la kifayətlənirəm.

- Bəs klubunuz və qazancınız haqda nə deyə bilərsiniz?

- Hər şeydən razıyam, hamısı yaxşıdır.  

- Planlarınız necədir?

- Yenidən Londona qayıtmaq istəyirəm, orada dostlarım qalıb. “Çarlton”da çıxış edən Conni Cekson yaxın dostumdur. İngiltərəyə yollanmaq, onunla da görüşmək istəyirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail