UEFA meneceri Azərbaycana gəldi

08.04.2014 | 3597 dəfə oxunub

UEFA-nın Klubların Lisenziyalaşdırması və Maliyyə Fair Play şöbəsinin nümayəndəsi Azərbaycana gəlib.

Stadium.az xəbər verir ki, şöbənin Maliyyə Fair Play məsələləri üzrə meneceri Filip Rasmussenin Bakıya səfərinin əsas məqsədi aprelin 9-da Premyer Liqada çıxış edən klubların maliyyəçiləri üçün seminar təşkil etməkdir.

Belə ki, UEFA-nın Maliyyə Fair Play IT proqramına (CL/FFP IT Solution) həsr olunacaq seminar Rasmussen tərəfindən prezentasiya təqdim olunacaq, həmçinin nəzəri və praktiki məşğələlər keçiriləcək. Tədbirin sonunda klub nümayəndələri 2013-cü il üzrə müvafiq maliyyə məlumatlarını qeyd olunmuş proqrama daxil edəcəklər.

Rasmussen bu gün AFFA-nın Lisenziyalaşdırma qrupunun əməkdaşları ilə görüş keçirib və bu proses müzakirə olunub. Bu zaman 2014/15 mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almaq məqsədilə AFFA-ya müraciət etmiş klubların sənədləri ilə bağlı potensial risklərə toxunulub. Bununla bağlı qonaq tərəfindən müvafiq tövsiyələr verilib. Rasmussen lisenziya almaq üçün klubların “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play qaydaları”na riayət etməsinin vacibliyini xüsusi qeyd edib.(AFFA)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail