"Qəbələ"də son durum

09.04.2014 | 3594 dəfə oxunub

"Xəzər Lənkəran"-"Qəbələ" (1:0) matçının ardından 1 günlük istirahətə buraxılan "qırmızı-qaralar"  bazar ertəsindən etibarən növbəti - XXX turun  hazırlıqlarına start verib.  
 
Stadium.az xəbər verir ki, Yuri Syominin rəhbərliyi altında doğma məkanda baş tutan hazırlıq prosesinə zədəsi olan Omar Kalabane, İbrahima Niasse və Nikola Valentiç  qatılmır. Lorival Assis isə dizindəki ağrılar səbəbindən komandadan ayrı çalışır. Zədəsi ağır olan Nikola Valentiçin aprelin 14-də əməliyyat olunması gözlənilir.
 
"Qəbələ" AZAL-la oyuna zədəlilərdən əlavə daha bir itki ilə çıxacaq. Sarı vərəqə limitini dolduran Lorenzo Ebesilio "təyyarəçilər"lə oyunu buraxacaq.
 
Xatırladaq ki,  "Qəbələ"-AZAL qarşılaşması aprelin 12-də saat 15:00-da Qəbələ Şəhər Stadionunda baş tutacaq. Matç İdman Azərbaycan telekanalı vasitəsilə canlı yayımlanacaq.(klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail