Millimiz FIFA reytinqində rekord qırdı

10.04.2014 | 5058 dəfə oxunub

Millimiz FIFA-nın reytinq cədvəlində tarixinin ən yüksək göstəricisinə imza atıb. Stadium.az xəbər verir ki, aprel ayı üçün reytinq cədvəlində millimiz ötən ayla müqayisədə 29 xal çox toplayıb, altı pillə yüksəlib və 398 xalla 85-ci pillədə qərarlaşıb. Xatırladaq ki, buna qədər millimizin FIFA reytinqində ən yüksək göstəricisi ötən ilin oktyabrında yüksəldiyi 88-ci pillə idi.
Millimiz reytinq cədvəlində AÇ-2016-nn təsnifat mərhələsinin “H” qrupunda rəqiblərimizdən yalnız Maltanı qabaqlayır: İtaliya 9-cu (1115 xal), Xorvatiya 20-ci (871 xal), Norveç 56-cı (551 xal), Bolqarıstan 73-cü (460 xal), Malta 127-ci (204 xal) pillədə qərarlaşıb.
Keçmiş Sovet İttifaqı ölkələrindən reytinq cədvəlində ən yüksək pilləni Ukrayna tutur: 17-ci pillə, 913 xal. Rusiya 18-ci (903 xal) pillədə qərarlaşıb. Ermənistan 33-cü (750 xal), Özbəkistan 53-cü (577 xal), Belarus 83-cü (404 xal) sırada yer alıb və millimizi qabaqlayırlar. Estoniya (93; 366), Moldova (99; 325), Gürcüstan (103; 303), Litva (104; 293), Latviya (109; 273), Qazaxıstan (118; 235), Tacikistan (133; 188), Qırğızıstan (147; 143) və Türkmənistan (156; 119) isə millimizdən alt sıralarda qərarlaşıb.
Türkiyə 711 xalla 39-cudur.
Qarşıdakı yoldaşlıq görüşündəki rəqibimiz ABŞ isə 1015 xalla 13-cüdür.
Azərbaycanla yanaşı, 122-ci pillədə qərarlaşmış Əfqanıstan FIFA reytinqində ən yüksək göstəricisinə imza atıb.
Ayın ən yaxşı komandası 15 pillə irəliləmiş Şotlandiya millisi olub. 22 pillə geriləmiş Liberiya millisi isə ayın ən pis göstəricisinə imza atıb.
İlk onluq isə belə sıralanıb:
İspaniya (1460 xal), Almaniya (1340 xal), Portuqaliya (1245 xal), Kolumbiya (1186 xal), Uruqvay (1181 xal), Argentina, Braziliya (hər biri: 1174 xal), İsveçrə (1161), İtaliya (1115), Yunanıstan (1082).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail