Fuad Musayev: "AFFA rəhbərliyi ictimaiyyəti aldatmasın” - ELXAN MƏMMƏDOVA CİDDİ İTTİHAM

11.04.2014 | 4025 dəfə oxunub

AFFA-nın sabiq prezidenti Fuad Musayev “Şəfa” stadionunun Bakının “İnter” klubuna 4 milyon 250 min manata satılması haqda federasiyanın baş katibi Elxan Məmmədovun verdiyi son açıqlamaya münasibət bildirib. Stadium.az xəbər verir ki, arenanın ərsəyə gəlməsində müstəsna xidmətləri olmuş Musayev bu rəqəmin onda şübhə doğurduğunu bildirib. O, “Futbol +” qəzetinə müsahibəsində deyib: “Bu sövdələşmədən ağlım bir şey kəsmədi. Bu boyda arena necə 4 milyon 250 minə satıla bilər? Nə olsun ki, bura stadiondu, ordan ancaq idman məqsədiylə istifadə ediləcək?! Sizə adi nümunə göstərim. Eşitdiyimə görə, “Xəzər Lənkəran”ın stadionu 15 milyon dollara başa gəlib. İş adamı Mübariz Mənsimov öz cibindən bu qədər pul xərcləyib. Lənkəranda stadionu tikmək baha başa gələr, yoxsa Bakıda? Əlbəttə ki, paytaxtda. Çünki Bakıda torpaq yeri və işçi qüvvəsi qat-qat bahadı. Belədə “Şəfa”nın 4 milyon 250 minə satılması nə dərəcədə realdır? Bunlar yəqin stadiona qiymət qoyarkən onun neçəyə başa gəlməsini nəzərə alıblar. Etiraf edirəm, “Şəfa”nın araya-ərsəyə gəlməsinə o vaxtkı qiymətlərlə 4 milyon 500 min dollar xərcimiz çıxdı. Daha fikirləşmirlər ki, o vaxtın qiymətlərilə (2000-ci il – red.) indikini müqayisə etmək düzgün deyil. Bütün bunlar savadsızlıqdan irəli gəlir. Təkcə bir örtüyün azı 500 min dollara dəyişdirildiyini nəzərə alsaq, o boyda stadiona belə ucuz qiymət qoymaq ağılsızlıqdır”.

Musayev əlavə edib ki, bu yaxınlarda Latviyada “Şəfa”ya bənzər stadion tikilib: “Həmin arenanı tikən adamla münasibətim var. Sonuncu dəfə mənimlə danışanda dedi ki, yeni tikdirdiyi arenaya 10 milyon dollar xərcləyib. AFFA rəhbərliyi ictimaiyyəti aldatmasın”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail