Norveçdən Azərbaycana hansı oyunçu gələcək? FOTO

12.04.2014 | 5213 dəfə oxunub

Mövsümün başa çatmasına az qaldığı bir vaxtda klublarımız artıq indidən transfer siyasətinə start verib. Premyer Liqada mübarizə aparan bütün klublar heyətini gücləndirmək üçün legioner oyunçular dəvət etməyi düşünür. Ölkəmizin iddialı klubları norveçli oyunçuya “elçi düşüb”. Çempionluq uğrunda mübarizə aparan bu klublarımız “Brann” forması geyinən Amin Askeri heyətinə cəlb etmək niyyətindədi. Öz oyunu ilə hətta Avropanın sayılıb-seçilən klublarının diqqət mərkəzində olan Askerin ölkəmizə gəlmək ehtimalı yüksəkdi.

1985-ci ildə Somalidə anadan olan Amin Suleyman Askar ampluaca vingerdi. “Kambo”da futbola başlayan Askarin ilk peşəkar klubu “Moss” olub. Norveç klubunda keçirdiyi 110 oyuna 22 qol vuran Amin 6 illik “Moss” macərasından sonra “Fredrikstad”a keçib. Üç il bu komandada oynayan Amin 80 oyun keçirərək 8 qol vurub.

 Qolçuluq bacarığı ilə Norveçdə adından söz etdirən yarımmüdafiəçi iki il əvvəl Skandinaviya ölkəsinin ən titullularından “Brann”la müqavilə imzalayıb. 2012-ci ildən bu klubun formasını geyinməyə başlayan Asker ilk gündən əsas heyət üzvünə çevrilib. İndiyə kimi Askar “Brann” 52 matç keçirib və 17 dəfə rəqib komandaların torunu silkələyib.  Aldığımız məlumata görə, artıq bizim iddialı klublar Askeri heyətinə qatmaq üçün bir-bir ilə mübarizəyə də girişib. Sonda hansı komandanın askeri heyətinə qatacağını isə yayda görəcəyik.

sportinfo.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail