Tahir Gözəl: "Leonun xarakteri "Qarabağ" fəlsəfəsinə uyğundur"

13.04.2014 | 3834 dəfə oxunub

Bu gün "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl klubun aşağı yaş qruplarına idman direktoru təyin olunan hollandiyalı Con van Loen və azyaşlı futbolçularla, onların valideynləri ilə görüş keçirib. Görüşdən sonra Tahir Gözəl və Con van Len  klubun saytına müsahibə verib:


- Təbii ki, Con van Loenin təyinatını yüksək qiymətləndiririk. Loen Hollandiya kimi futbol mədəniyyəti olan ölkədən gəlib. Ölkəsinin yığmasında oynayıb. Zəngin karyeraya malikdi. Loenin ən əsas işi aşağı yaş qruplarında monitorinq təşkil etmək olacaq ki, onun təcrübəsibəsinə əsaslanan fəaliyyəti nəticəsində  aşağı yaş qruplarında müsbət yöndə dəyişikliklər olacağına inanırıq. Ən xoşuma gələn amil isə Loenin özü üçün burda olmadığını bildirməsi oldu. Bu onun işinə peşəkar yanaşmasından əlavə  xarakterinin də "Qarabağ" fəlsəfəsinə uyğun gəldiyini göstərir.

- Tahir bəy, Loenun fəliyyətindən nələr gözləyirsiz?

- İlk növbədə maariflənmə. Çünki, tədris metodologiyası bizim üçün çox önəmlidir. Loendən ilk növbədə aşağı yaş qruplarımızda olan məşqçilərimizin avropa məşqçilik prinsiplərinin inteqrasıyanın sürətləndirməsini gözləyirik. 

- Sizin Hollandiya futboluna olan özəl sevginizi bilirik. Loenin təyinatını xoş sürpriz kimi dəyərləndirmək olarmı?

- Əlbəttə (gülür). Mənə görə zamandan asılı olmayaraq Hollandiya futbolu öz estetikasını heç vaxt itirmir. Hər dəfə bu ölkəyə yolum düşəndə  hər 2 addımdan bir futbol meydançalarını görəndə, insanların bu oyuna sevgisini sezəndə xoşhallanmamaq mümkün deyil. Əminəm ki cənab Loenin metodikası sayəsində gələcək futbolçularımızda holland futbol fəlsəfəsinin elementlərinin şahidi olacağıq.

Con van Loenə də ilkin təəssüratlarlarını bildirib:

- Təbii ki, ilk görüşdən başqanla görüşməyimiz gözlənilməz xoş bir sürpiz oldu. Tahir bəyin məsələyə yanaşma tərzi, pozitiv təşəbbüsləri göstərdi ki, ən azından dəstəyimiz əksik olmayacaq. Bir klubda rəhbərin dəstəyini hiss etmək cox vacibdir. Axı, heç də hər zaman bir iş zamanı bu durumla qarşılaşa bilməz. Ona görə də ilk görüşdən başqanla görüşmək, uşaqlar və valideynləri dinləmək, belə qarşılanmanın işimizə motivasiya baxımından əlverişli olduğunu qənaətindəyəm. 

- Hədəfləriniz barəsində nə deyə bilərsiz?


- Təbii ki, məşhur deyimlə desək əlimdə sehirli çubuğum yoxdu (gülür). Hər şeyi mərhələli və təməli düzgün qoyulmuş şəkildə hərəkət etməliyik. Aydındır ki, heç nəyi anidən dəyişmək mümkün deyil. Ən vacıbi olan odur ki, söhbət əsnasında hər kəs inkişaf üçün maraqlıdır. 1 il ərzində qarşılıqlı qeyd etdiyim kimi, adım üçün yox `Qarabağ` üçün bir şeylər etməyə çalışacam.

- Ölkəniz Hollandiya uşaq futbolunun inkişafına görə dünyada seçilir. Maraqlıdır ki, ölkənizdə  aşağı yaş qrupuna diqqətin verilməsi, yerli futbolçulara üstünlük verilmə siyasətini Azərbaycanda Tahir Gözəl ilk olaraq "Qarabağ"da tətbiq etdi. Eyni futbol fəlsəfəsinə malik kluba gəlməyinizin sizə əlavə üstünlük verdiyini düşünürsüzmü?

- Bəli, söhbət zamanı bu haqda məlumat əldə etdim. Əlbəttə bu sevindirici haldır ki, rəhbərlik yerli futbolçuların çox olmasını istəyi ar. Bu klubun bir stategiyası olmasını göstərir. Sistem varsa mütləq uğur da gələcək. Amma bir şey də var ki, heç nə sabit deyil və hər gün futbol yeni elementlərlə zənginləşir. Və biz də bunun üçün çalışacağıq. Klubun gənclərə etimad göstərməsi onlar üçün bir şansdı. Mənə görə futbolda yaş anlayışı nisbidir. 15 yaşlı futbolçu istedadı, əzmi imkan verəcəksə 19 yaşlılardan ibarət komandada oynaması üçün heç bir problem olmamalıdır. Mən özüm "Utrext"in heyətində ilk dəfə meydana çıxdığım zaman 17 yaşım vardı. İnanıram ki, "Qarabağ"da yeni istedadların üzə çıxarılması üçün səmərəli işlər görə biləcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail