Starkov iki oyunda uduzub, amma hazırlıqdan razıdır!

07.07.2011 | 4694 dəfə oxunub

«Cəmi 10 gündür ki, bir araya gəlmişik. Hazırlığın ilkin dövründəyik. Demək olar ki, hər şeyi sıfırdan başlayırıq. Komandada böyük dəyişikliklər var, 50 faiz yenilənmiş bir heyətlə çalışırıq». Stadium.Az saytı xəbər verir ki, bu sözləri «Bakı»nın baş məşqçisi Aleksandr Starkov deyib.

rnrn

Sloveniyada təlim məşq toplanışında olan «Bakı» iki yoxlama oyununda qüvvəsini sınamağa da vaxt tapıb. Starkov daha sonra belə danışıb: «Bu dəyişikliklər zəruri idi, ötən mövsümün uğursuz nəticələri və qarşıda duran vəzifələrin vacibliyi bizi buna vadar edir.rnYeni oyunçular dəvət olunub, onlar bizim oyunumuzu gücləndirməlidirlər. 
rnİşlər gedir, yeni futbolçuların uyğunlaşmasına diqqət ayıyırıq. Məşqçilər olaraq həm oyun, həm də davranış intizamını tətbiq edirik. Bu olduqca vacibdir. 
rnKlub prezidenti baş məşqçi kimi mənim qarşıma komanda yaratmaq vəzifəsi qoyub. Sözün əsl mənasında komanda qurmalıyıq. Bu güclü, möhkəm dayaqlara əsaslanan, eyni zamanda gənclərin üzünə açıq olan bir kollektiv olmalıdır. Xatırladım ki, Elvin Əliyev, Novruz Məmmədov, Elvin Məmmədov, Uinston Parks, Denis İvanov, Maris Verpakovski kimi oyunçular artıq bizimlə birlikdədirlər.
rnGənc futbolçular qrupunu xüsusi qeyd etmək istərdim. Onların 18 yaşı var, bu futbolçuara böyük ümidlər bağlayırıq. Şəhriyar Əliyev, Rəhman Hacıyev, Nicat Abdullayev, Nurlan Novruzovrnoyunlarda iştirak edirlər. 
rnSloveniyada 2 yoldaşlıq görüşü keçirmişik. Hər iki oyunda məğlub olmağımıza baxmayaraq işlərin qaydasında olduğunu düşünürəm. Biz hazırda fiziki və funksional hazırlığı önə çəkmişik. Bu gün futbolçularımızın texniki və taktiki əlaqələri dağınıq vəziyyətdədir. Təbiidir, çünki biz hazırlığa yeni başlamışıq. 
rnYoxlama oyunlarındakı rəqiblərimiz Sloveniya və Xorvatiya klublarıdır, onlar bir neçə gündən sonra Avropa miqyaslı turnirlər çərçivəsində oyunlara çıxacaqlar. Onların hazırlıq səviyyəsi bizdən yüksəkdir. 
rnBununla belə oyunçularımız oyunda-oyuna artırırlar, bunu müşahidə edirik. Mən oyunçulardan, ümumilikdə komandadan, təlim şəraitindən razıyam. Hazırda Sloveniyadayıq və layiqli hazırlıq üçün hər bir imkanımız var». 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

12:34  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ