Fərhad Vəliyev 1-ci, Kamran Ağayev 4-cü oldu

14.04.2014 | 5876 dəfə oxunub

“Qarabağ”ın qapıçısı İbrahim Şehiçin “quru” seriyası qırılıb. Topaz Premyer Liqasında ardıcıl 5 matçda qol buraxmayan Bosniya və Herseqovinalı 30-cu turun “Rəvan”la qarşılaşmasında rəqib zərbəsi qarşısında aciz qalıb. 5:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisinin qolkiperi 68-ci dəqiqədə Tyaqo de Souzanın qoluna məyus olub.

Sonuncu dəfə 24-cü turun “Neftçi” ilə oyununda qol buraxan qapıçının seriyası 525-ci dəqiqədə qırılıb. Bunadək Şehiçin qapısına qol vuran son futbolçu həmin görüşün 83-cü dəqiqəsində fərqlənən Mirhüseyn Seyidov olmuşdu. Ardınca “Bakı”, “İnter”, “Sumqayıt”, “Qəbələ” və AZAL-la qarşılaşmalarda top buraxmayan legioner bununla da mövsümün 2-ci nəticəsinə imza atıb. Son matçda qolu buraxdığı vaxtadək hesabına əlavə etdiyi dəqiqələrlə “Simurq”lu Pavel Kapsanı keçən Şehiç yalnız “Qarabağ”dakı əvəzləyicisi Fərhad Vəliyevdən geri qalıb.

1. Fərhad Vəliyev (“Qarabağ”) – 554
2. İbrahim Şehiç (“Qarabağ”) - 525
3. Pavel Kapsa (“Simurq”)– 505
4. Kamran Ağayev (“Bakı”) – 360
5-6. David Pietrzkieviç (“Qəbələ”), Pavel Kapsa (“Simurq”) – 335

(PFL)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail