“Əzmkarlıq sayəsində “Neftçi” səddini keçmək olar”

15.04.2014 | 3533 dəfə oxunub

"Rəvan” klubu Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunu çərçivəsində "Neftçi”nin qonağı olacaq. Aprelin 16-da "Bakcell Arena”da baş tutacaq duel ərəfəsində "aslanlar”ın kapitanı Novruz Məmmədov və təcrübəli futbolçusu Ramazan Abbasov fikirlərini bölüşüblər.

N.Məmmədov: "Oyuna ciddi hazırlaşırıq, bizi nə qədər çətin sınağın gözlədiyinin fərqindəyik. "Rəvan” tarixində ilk dəfə yarımfinala yüksəlib. Bunun davamını gətirmək istəyirik. Məqsədimiz ilk görüşdən sərfəli nəticə ilə ayrılmaqdır. Səfərdə qol buraxmamaq çox önəmlidir. Meydanın hər qarışı uğrunda mübarizə aparmalıyıq. Ad-san baxımından rəqib favorit ola bilər, lakin qələbə istək və əzmkarlıq hesabına əldə olunur”.

R.Abbasov: "Yarımfinalda zəif və güclü komanda anlayışı olmur. "Rəvan” kuboku qazanmağa layiq 4 klubdan biridir. Finala çıxmaq öz əlimizdədir. Aydın məsələdir ki, hamımızın arzusu Azərbaycan kubokunu qazanıb, Avropa Liqasına düşməkdir. Rəqibimiz son 3 mövsümün çempionudur, tarixi olan bir klubdur. Lakin indiki halda hər iki komandanın şansları bərabərdir. Düşünürəm ki, ilk görüşdən çox şey asılıdır. Səfərdə qol vurmaq üçün əlimizdən gələni etməliyik”.(Klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail