“Rəvan”ın tarixində yeni bir səhifə aça bilərik”

15.04.2014 | 4017 dəfə oxunub

"Rəvan” klubu tarixinin ən önəmli sınaqlarından birinə hazırlaşır. "Aslanlar” aprelin 16-da Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunu çərçivəsində "Neftçi”nin qonağı olacaqlar. Görüş ərəfəsində klubun idman direktoru Füzuli Əliyev fikirlərini bölüşüb.

Klubun rəsmi saytına danışan F.Əliyev qarşılaşmanın "Rəvan” üçün əhəmiyyətinə diqqət çəkib, Azərbaycan kuboku qazanaraq, yeni bir səhifə açmaq istədiklərini bildirib: "Azərbaycan kubokunun yarımfinalında olmaq bizim üçün uğur sayılır. Klub yarandığı gündən bəri belə bir nəticə əldə etməmişdi. Lakin aydın məsələdir ki, bununla qane ola bilmərik. Finala yüksəlmək, həmçinin qalib olmaq şansımız var. Avrokuboka vəsiqə qazanmaqla, klubumuzun tarixində yeni bir səhifə aça bilərik. "Rəvan”, mövsümün əvvəlindəki "Rəvan” deyil. Düzdür, sonuncu turda "Qarabağ”a 1:5 hesabı ilə uduzduq. Ancaq "Xəzər Lənkəran”, AZAL üzərində qələbələrimizi, ölkə kubokunun 1/4 final mərhələsində "Bakı”nı mübarizədən kənarlaşdırmağımız doğru yolda olduğumuzu göstərdi. Artıq bu gün bütün rəqiblər bizimlə hesablaşırlar. Yeni baş məşqçimiz Güvənç Kurtarın işi hiss olunmaqdadır. Əlbəttə, müəyyən çatışmazlıqlar var və biz onları həll etmək üçün çalışırıq. Əminliklə söyləyə bilərəm ki, komandamız növbəti mövsümdə Premyer Liqada da uğurlu çıxış edəcək, mükafatçılar sırasına düşmək üçün mübarizə aparacaq. Çünki nəticə əldə etmək üçün rəhbərlik bizə hər cür şərait yaradıb və dəstək olub”.

Klubun idman direktoru rəqib barədə xoş sözlər söyləyib: "Neftçi” ilə oyuna ciddi hazırlaşırıq. Təbii ki, rəqibimiz güclü və təqdimata ehtiyacı olmayan komandadır. Onların heyətlə bağlı bəzi problemlərinin olmasını bizim üçün üstünlük saymıram. Çünki "Neftçi”də yaxşı futbolçular cəmləşib, zədəli və ya cəzalıları əvəzləmək üçün əllərində yaxşı material var. Rəqibimizə hörmətlə yanaşırıq. Hər iki komandaya uğurlar arzulayıram. İstəyimiz budur ki, dostluq şəraitində keçən gözəl bir oyun olsun və izləyənlər həzz alsınlar”.

"Rəvan” klubunun sponsoru olan Nurgün Şirkətlər Qrupu bu il 20 illik yubileyini qeyd edir. Bu məqama diqqət çəkən F.Əliyev bunları söyləyib: "Öncə klubun rəhbərliyinə, eləcə də, oyunlarda bizə dəstək olan şirkətin işçilərinə təşəkkür edirəm. "Neftçi” ilə oyunlarda uğur qazanıb, qələbəni onlara hədiyyə etmək istəyirik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail