"Qəbələ": Rəqəmlərin gözü ilə

17.04.2014 | 3156 dəfə oxunub

“Qəbələ” Aərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçında “Xəzər Lənkəran”la ev oyununda 2014-cü ildə 2-ci, mövsümdə 3-cü dəfə böyükhesablı qələbə qazanıb. Stadium.az xəbər verir ki, Yuri Syominin yetirmələri ötən il sentyabrın 20-də evdə “Rəvan”ı, bu il fevralın 12-də səfərdə “Sumqayıt”ı da üç cavabsız qolla məğlub etmişdi.
73 gündən sonra yenidən üç və daha çox top fərqi ilə qalib gəlmiş “qırmızı-qaralar” Qəbələdə 208 gündən sonra belə nəticə ilə azarkeşlərini sevindirdi.
Kubokda 5-ci böyükhesablı qələbə
2011-ci il noyabrın 30-da 1/8 finalda “Neftçala”nı üç cavabsız qolla yenmiş “Qəbələ” Azərbaycan kubokunda 868 gündən sonra böyük hesabla qalib gəlməyi bacardı. Ümumiyyətlə isə komanda bu yarışda 5-ci dəfə rəqibini aşkar üstələdi.
Kubokda böyükhesablı qələbələr
2005/06 15.10.2005  1/16 final MOİK (Bakı) - Göy-Göl (Xanlar) 0:4
2006/07 12.09.2006 1/16 final Şahdağ (Quba) - Gilan (Qəbələ) 2:5
2006/07 16.10.2006  1/16 final Gilan (Qəbələ) - Şahdağ (Quba) 6:0
2011/12 30.11.2011 1/8 final Qəbələ - Neftçala 3:0
2013/14 16.04.2014  1/2 final Qəbələ - Xəzər Lənkəran 3:0
5-ci yarım final oyunu
İndiyədək yarımfinalda qələbə qazana bilməyən “Qəbələ” ilkini 5-ci matçında gerçəkləşdirdi. Bununla da bu mərhələdə həm də ilk böyükhesablı qalibiyyətini aldı. Bütün yarışlarda 32-ci dəfə darmadağına nail olan komanda birinci dəstədə 11, Premyer Liqada 16 dəfə belə nəticəyə imza atıb.
2011-ci il matın 8-də 1/4 finalın səfər matçında “Bakı”ya 0:1 hesabı ilə uduzmuş “Qəbələ” kubokdakı məğlubiyyətsiz oyunlar sayını 10-a çatdırdı. Bu müddətdə 5 bərabərliyi olan komanda 5-ci dəfə qalib gəldi.
5-ci dubl
“Qırmızı-qaralar”ın heyətində 27-ci matçına çıxan Nizami Hacıyev yeni komandasında qol hesabını açdı. Yarımmüdafiəçi klub tarixində qol sevinci yaşayan 83-cü futbolçu oldu. Nizami kubokda “Qəbələ” üçün qol vuran 30-cu oyunçudur.
Hacıyev bu matçda dubl müəllifi olmaqla, “Qəbələ”nin heyətində bir matçda iki qol vurmuş 18-ci futbolçu oldu. Bu “18-liy”in hesabında 26 dubl var. Kənan Kərimov hamıdan çox - 4, Yannik Kamanan 3 dubl gerçəkləşdirib.
Nizami komandasının kubokda 5-ci dubluna imza atıb. Bunadək iki dəfə Kənan Kərimov, hərəyə bir dəfə Cehua və Vüsal Qarayev fərqlənmişdi. Sonuncu belə hadisə 2011/12 mövsümündə gerçəkləşmişdi. Həmin vaxt Cehua “Neftçala” ilə görüşdə iki qola imza atmışdı.
Mendi 5-ci sırada
“Qəbələ”nin 9 illik tarixinin ən yaxşı bombardiri Viktor Mendi bu dəfə də meydanı qolsuz tərk etməyib. Komandasının heyətində yubiley 90-cı matçını keçirib. Bununla da seneqallı klub tarixində ən çox oyun keçirən futbolçular sırasında 5-ci olan Lyubo Baraninə çatıb.
“Qırmızı-qaralar” üçün 22-ci qolunu vurmaqla, üstünlüyünü artıran bombardir kubokda 3-cü dəfə fərqlənib. Bununla da Viktor kubokda ən çox qol vuran 5 oyunçu sırasına daxil olub: Kənan Kərimov - 7, Vüsal Qarayev - 4, İbrahim Hüseynov - 4, Samir Zərgərov, Viktor Mendi - hərəyə 3 qol. 
(Qəbələ FK rəsmi saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail