Kaxaber Sxadadze "İnter"dən gedəcək

17.04.2014 | 3649 dəfə oxunub

Bir qədər öncə xəbər verdiyimiz kimi, “İnter”lə yeni müqavilə imzalamayan Kaxaber Sxadadze iş yerini dəyişə bilər. Stadium.az xəbər verir ki, gürcü mütəxəssisin Azərbaycanda qazandığı uğurlar öz ölkəsinin diqqətindən yayınmır. Ölkəsini xaricdə ən yaxşı təmsil edən məşqçilərdən olan Sxadadze “Dinamo”nu çalışdıra bilər. 45 yaşlı mütəxəssisə elə flaqmandan təklif gəlib. Amma hələ ki, həmyerlilərinə cavab verməyib.Məşqçi karyerasına Tbilisi “Lokomotiv”ində başlayan Kaxa 2005/2006 mövsümündə “Dinamo”nu da çalışdırıb. “Sioni” və Gürcüstanın U-21 yığmasında da işləmiş Sxadadze 2009-cu ildən “İnter”in baş məşqçisidi. Bununla bağlı redaksiyamıza daha bir neçə məlumat daxil olub. "Dinamo"nun futbolçularından biri adının çəkilməməsi şərtiylə deyib ki, klub rəhbərliyi Kaxanı Tbilisiyə qaytaracaqları barədə onları bilgiləndirib. Çünki oyunçular kimi, rəsmilər də Malxaz Jvaniyanın fəaliyyətindən narazıdı. Bu ilin əvvəlində çex Duşan Uhrini baş məşqçi postunda əvəzləyən Jvaniya təcrübəsizdi. Düzdü, "Dinamo" cari ölkə çempionatında uğurla çıxış edir və 55 xalla turnir cədvəlinin vahid lideridi. 12 iştirakçılı birinciliyin səviyyəsi yuxarı olmadığından, "dinamoçular" Jvaniya ilə Çempionlar Liqasında uğur qazanacaqlarına inanmırlar.

Hədəf isə yüksəkdi: komanda ÇL-də pley-off mərhələsinə çıxmağı, burda istənilən nəticə qeydə alınmasa, Avroliqanın qrupunda qüvvəsini sınamağı planlaşdırırır. Bunun üçün sponsor büdcəni 10 milyon civarında müəyyənləşdirəcəyini vəd edib.

Tanış gürcü menecer isə söyləyib ki, Sxadadzenin "Dinamo" rəhbərliyi və vaxtilə bu klubun heyətində SSRi çempionatında iz buraxmış tanınmış veteranlarla əla münasibəti var. Həmin veteranlar öncə Kaxanın özüylə telefon əlaqəsi yaradıb, ardınca isə 2 rəsmi şəxs görüşmək məqsədilə Bakıya gəlib. Gürcü çalışdırıcının "İnter"in yeni ikiillik müqavilə təklifini imzalamağı təxirə salması "Dinamo"dan aldığı dəvətin daha cəlbedici olmasıdı. Məlumata görə, o, artıq həmvətənlərinə ilkin razılığını verib. Şifahi anlaşmanın rəsmiləşməsi isə "Dinamo"nun əsas himayədarları isə görüşdən sonraya qalıb. (sportinfo.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail