Elnur Allahverdiyevə görə "Qəbələ"yə 10000 manatlıq cərimə kəsildi

18.04.2014 | 3977 dəfə oxunub

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Kubokunun yarımfinal mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

"Qəbələ” - “Xəzər Lənkəran” matçının 1-ci və 2-ci dəqiqələrində “Qəbələ”nin azarkeşləri,  42-ci dəqiqəsində “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən isitifadə edildiyi üçün hər iki klub 1000 manat cərimə olunub. Oyunun 5-ci və 8-ci dəqiqələrində “Qəbələ”nin azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub. Oyunun 63-cü dəqiqəsində “Qəbələ”nin məşqşisi Andrey Syomin texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq  cəzalanıb, klubu 1000 manat cərimə olunub. Oyundan əvvəl cəzalı olduğu üçün matçda iştirak etmək hüququ olmayan “Qəbələ”nin futbolçusu Elnur Allahverdiyev geniş kütlə qarşısında oyunun baş hakimini təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klubu 10000 manat cərimə olunub. Futbolçuya verilmiş 5 oyunluq cəza Premyer Liqa matçlarına şamil edilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail