"Qəbələ"nin məşqçiləri "Yuventus"un bazasında

18.04.2014 | 4048 dəfə oxunub

Hazırda Stefano Qusella turnirində iştirak məqsədilə İtaliyanın Turin şəhərində səfərdə olan "Qəbələ"nin U-15 komandasının məşqçilər heyəti "Yuventus" Futbol Akademiyasını  ziyarət edib. Stadium.az xəbər verir ki, akademiyanin direktor müavini Cüzeppe Geriyanın müşayiəti ilə akademiya binası və ofisləri ilə tanış olan nümayəndə heyətimiz U-19, U-16 U-15 komandalarının meydançada, U-17 komandasının isə fitness zalında məşqlərini izləyib.

Yekunda iki akademiya məşqçiləri arasında görüş keçirilib. Geriya, U-19 komandasının məşqçisi, sabiq futbolçu, dünya çempionu Fabio Qrosso və "Yuventus"un digər məşqçilərinin iştirakı ilə baş tutan görüşdə "Yuventus" Futbol Akademiyası haqqında suallar cavablandırılıb. "Yuventus" rəsmiləri bugün start götürəcək Stefano Qusella xatirə turnirində "Qəbələ"nin oyununu izləyəcəklərini bildiriblər.  

Qeyd edək ki, nümayəndə heyətz sabah İtaliya çempionatının 34-cü turu çərçivəsində baş tutacaq "Yuventus" - "Bolonya" matçını izləyəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail