Türkiyəli FİFA meneceri: «Çernoqoriya millisinin hücumçusunu bir klubunuza təklif etdik, bəyənmədilər» EKSKLUZIV

Mehmet Kayrım FİFA prezidentiylə bir yerdə
Mehmet Kayrım FİFA prezidentiylə bir yerdə

«MPENZA «NEFTÇİ»YƏ MİLYON DOLLARDAN ÇOX QİYMƏTƏ GƏLİB, AMMA ONU BURAYA 500 MİN DOLLARA GƏTİRƏ BİLƏRDİK»

14.11.2010 | 4152 dəfə oxunub

Bir neçə gün əvvəl mətbuatda xəbər yayıldı ki,  Fransanın «Lill» klubunun hücumameyilli yarımmüdafiəçisi Pierre Alan Frau ilə Bakının «İnter» klubu danışıqlar aparılır. Bu barədə isə türkiyəli FİFA meneceri Mehmet Kayrım məlumat vermişdi. Bunu dəqiqləşdirmək üçün Mehmet bəylə əlaqə saxladıq. O isə bu xəbəri təkzib etdi: «Frau bizimlə əməkdaşlıq edir, yəni Azərbaycandan ciddi təklif olarsa, o, bura gələ bilər. Təbii ki, burada pul amili öz sözünü deyə bilər. Amma Fraunun «İnter» klubu ilə danışıq aparmasını ilk dəfə sizdən eşidirəm».

rn

Mehmet Kayrım Azərbaycan futbolu ilə yaxından maraqlandığını və buradakı klublarla əməkdaşlıq etmək istədiyini də açıqladı: «Aldığım məlumatlara görə, Azərbaycana gətirilən futbolçular burada böyük pullar qarşılığında oynayır. Adi bir məsəl, Emil Mpenzanı biz 500 min dollara Azərbaycana gətirə bilərdik. Amma o bura milyon dollardan çox qiymətə gəlib. Bir neçə gün sonra Azərbaycanla yoldaşlıq oyunu keçirəcək Çernoqoriya millisinin hücumçusu - Xorvatiyanın «Rieka» klubunda çıxış edən Radomir Coloviçi 350 min dollara bir kluba təklif etdik, amma dedilər bu oyunçu bizim səviyyəmizdən çox aşağıdı. Halbuki onun çıxış etiyi Çernoqoriya millisi AÇ-nın qrup oyununda son matçda səfərdə İngiltərəyə uduzmadı və 10 xalla birinci sırada yer alıblar. Coloviç də bütün oyunlarda meydana çıxıb. Və buna görə artıq bu oyunçunun dəfəri 600 min dollardı.  Sizdə isə belə oyunçuya «səviyyəsi bizə uyğun deyil» deyirlər. Vallah daha bilmirəm nə danışım. Hazırda əlimizdə çox yaxşı oyunçular var, həm də münasib qiymətlərə. Onları burada klublara təklif edəcəyik».

rn

 

rn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail