«Bakı» Litva millisinin daha bir oyunçusunu aldı

07.07.2011 | 4534 dəfə oxunub

rnrn

Sloveniyada təlim-məşq toplanışı keçən "Bakı" klubu Litva millisinin üzvü ilə 2 illik müqavilə imzalayıb. Stadium.Az saytı xəbər verir ki, 30 yaşlı Deyvidas Çesnauskis 2013-cü ilə qədər "Bakı"nın idman şərəfini qoruyacaq.

rnrn

1981-ci ilin 30 iyun tarixində anadan olan Çesnauskisin futbolçu karyerası Litvanın "Ekranas" klubunda başlayıb. 1997-2000-ci illərdə Panevejis klubunun şərəfini qoruyan müdafiəçi Rusiyanın "Dinamo" Moskva klubuna transfer olunub.

rnrn

2003-cü ilə qədər "Dinamo" forması geyən litvalı futbolçu, 2004-cü ildə Moskvanın digər iddialı klubu "Lokomotiv"ə keçib. Deyvidas 2005-2009-cu illərdə Şotlandiyanın "Hearts" (Heart of Midlothian) klubunda çıxış edib. Burnklubda 68 oyun keçirən Çesnauskis 5 qola imza atıb.

rnrn

2009-cu ildə Yunanıstan təmsilçisi "Erqotelis"lə anlaşan futbolçu (24 oyun 2 qol), 2010-cu ildə ünvanını "Aris"ə dəyişib. Cari mövsüm 15 dəfə Yunanıstan çempionatında forma geyən Deyvidas Çesnauskis bu gündən etibarən "Bakı"nın Sloveniyada keçirdiyi təlim-məşq toplantısına qatılıb.

Çesnauskis Litva milli komandasının hetərində 37 oyun keçirib və 4 qola imza atıb. Futbolçunun boyu 181 sm-dir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

02.06.2020

01.06.2020

12:12  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

30.05.2020

21:35  Depay sağalıb

29.05.2020

28.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ