"Qəbələ" formasını daşımaqdan yorulmamışam"

21.04.2014 | 4369 dəfə oxunub

“Rəvan”la oyun "Qəbələ"nin ən təcrübəli futbolçusu Luis Hilario üçün əlamətdar olub. Stadium.az xəbər verir ki, 2011-ci ilin yayında transfer olunan braziliyalı “qırmızı-qara” formada yubiley – 100-cü oyununu keçirib. Buna nail olan ilk futbolçu kimi klub tarixinə düşən Dodo ləqəbli legioner həm də yeni rekorda imza atıb. Cənubi amerikalı 99 oyun keçirən Pavel Doroşevi arxada qoyub. Luis Hilarilo bu oyunların 91-ni çempionat, 9-nu kubokda keçirib. Bu oyunlar ərzində Dodo 16 dəfə rəqib qapıçılarını məyus edib.

Qələbə ilə yekunlaşan "Rəvan" - "Qəbələ" matçının ardından braziliyalı futbolçu 100-cü oyun təəssüratlarını gabalafc.az-la bölüşüb. Yarımmüdafiəçi "qırmızı-qara" forma ilə bu anı yaşadığına görə özünü xoşbəxt hiss etdiyini deyib: "Qəbələ"nin tarixinə düşdüyümə görə sevincliyəm. Xoşbəxtlikdən 100-cü oyunum qələbə ilə yekunlaşdı. Bu mənim üçün xüsusi yaddaqalan oldu. Artıq 3-cü ildir ki, "Qəbələ"dəyəm. Bu müddət ərzində həm sevincli, həm kədərli günlərimiz olub. Komandamla gözəl qələbələrə sevinib, gözlənilməz məğlubiyyətlərə üzülmüşük. Amma heç vaxt "qırmızı-qara" formanı geyinməyimə peşman olmamışam, bu formanı daşımaqdan yorulmamışam. Hər zaman rəhbərlikdən dəstək, azarkeşlərimizdən sevgi görmüşəm. Yəni arxada qoyduğum 100 oyundan həzz almışam. Bu forma ilə böyük uğurlar qazanmaq istəyirəm. İnanıram ki, istəklərimə nail olacağam". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail