"Araz" təsnifatı əla keçib"

21.04.2014 | 4053 dəfə oxunub

“Barselona”nın oyunçusu Serxio Losano komandasının UEFA Kuboku qaytarmaq istəyi və Bakıya səfər haqda danışıb. Stadium.az xəbər verir ki, Losanonun diz zədəsi olsa da, Final mərhələsində iştirakının mümkünsüzlüyü ehtimalı qalsa da, futbolçu iddialı və nikbin ruhda müsahibə verib:
- “Barselona” üçüncü dəfə ardıcıl olaraq, UEFA Kubokunun final mərhələsinə yüksəldi. Bu, komanda üçün nə dərəcədə vacib uğurdur?
- Bu, “Barsa” üçün inanılmaz dərəcədə vacib qənimətdir. Biz Tiflisdəki məğlubiyyətə bəraət almalı, finala çıxmalı və burada ikinci dəfə bu mərhələnin qalibi olmağa çalışmalıyıq.
- “Kayrat”a Tiflis məğlubiyyətinin acısı köklənmək üçün əlavə əsas verir? Bu məğlubiyyət sürpriz olmadı?
- Dediyim kimi, UEFA Kubokunu qazanmaq istəyimiz böyükdür. Ötən turniri acı uğursuzluqla başa vurduq. Bütün yarışlarda qələbəyə adət etmiş komanda üçün yarımfinalda uduzmaq həmişə çətindir. Bir çox səbəblər və zədələrə görə özümüzün ən yaxşı oyununu göstərə bilməsək də, daha çoxuna layiq olduğumuzu düşünmüşük. Bu il biz fikrimizə sadiq qalmalı və Kuboku qazanmalıyıq.
- İspaniya çempionatına rəqabət digər liqalardan yüksəkdir. Bu, UEFA Kubokuna daha yaxşı hazırlaşmağa kömək edir və ya əksinə, yarışa köklənməyə mane olur?
- Hər həftə mübarizə aparmaq mənə xoşdur. Bilirsən ki, hətta uğursuzluqdan sonra qarşıda nə olacağından asılı olmayaraq, gündəlik məşqlər hesabına hər şeyin öhdəsindən gələ bilərsən. Digər klublar da Kubok uğrunda mübarizəyə məqsədyönlü hazırlaşır və onların istirahətə də vaxtı var. Ancaq bu, ötən il finala çıxa bilməməyimizə bəraət deyil. “Barsa” ilə birgə daimi rəqabət mübarizəsi şəxsən mənə xoşdur.

- Ötən mövsümlə müqayisədə komandada nə dəyişib?
- Dəyişiklər azdır. Böyük qələbələr həsrətində olan, buna inanan və gözləyən həmin oyunçular və komandadır. Bu, bizim üçün vacib qənimətdir. Bununla, ”Barsa” həyatında böyük uğurlar dövrünə xitam vermək olar. İki final turnirini qazanmaq asan məsələ deyil.
- “Araz haqda nə deyə bilərsiniz?
- “Araz” təsnifatı əla keçib. Meydan sahibidir. Həmçinin, heyətində braziliyalılar çoxdur. Bir il qabaq onlara qarşı oynayanda, klub haqda çox şey öyrəndik. Bu, yüksək səviyyəli komandadır. Onlar səfərdə “Sportinq”i mübarizədən kənarlaşdırıblar. Belə komandanın meydanında onun öhdəsindən gəlmək çətin olacaq.
- Bakı kimi şəhərlərdə oynamaq necə hissdir?
- Futzalın bütün Avropa və dünyada var olması, İspaniya və Rusiyadan fərqli, azarkeşlər arasında özünə marağın az olduğu yerləri ziyarət etməsi əladır. Bu, futzalın inkişafına kömək edir, bizləri isə vəcdə gətirir. Mən heç vaxt Bakıda olmamışam. Ora böyük maraqla yollanıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail