"Qəbələ" İtaliyada 19-cu oldu

22.04.2014 | 3302 dəfə oxunub

"Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandasının iştirak etdiyi Stefano Qusella xatirə turnirinə yekun vurulub. Stadium.az xəbər verir ki, İtaliyanın Turin şəhərində baş tutan turnirin yekun mərhələsində "qırmızı-qaralar" 17-20-ci yerlər uğrunda mübarizə aparıb.

Bu mərhələdə 2 oyun keçirən Hüseynqulu Quliyevin yetirmələri ilk olaraq "Latsio" (İtaliya) ilə qarşılaşıb. Matç italiyalıların 2:0 hesablı qələbəsi ilə bitib. Digər qarşılaşmada "Qəbələ" Çexiya "Sparta"sı ilə münasibətlərinə aydınlıq gətirib. Rəqibini bütün komponentlərdə üstələyən "qırmızı-qaralar" Praqa təmsilçisinə 3 cavabsız qolla qalib gəlib və yekun olaraq turnirin 19-cu pilləsində qərarlaşıb. Komandamıza qələbə gətirən qollara Əli Məzahirli, Nəsib Ələkbərov və Elvin İmanlı imza atıb.

Xatırladaq ki, 48 komandanın iştirakı ilə baş tutan turnirin qalibi "Roma" olub. Romalılar finalda "Torino"nu (Turin, İtaliya) məğlub etməyi bacarıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail