AFFA-nın baş katibi nələr danışdı?

22.04.2014 | 3302 dəfə oxunub

“AFFA və “Bakcell” şirkətinin əməkdaşlığı çərçivəsində “Mançester Yunayted” Yay Futbol Məktəbinin seçim turlarının və məşqlərinin Azərbaycanda təşkili uşaq futbolunun inkişafına töhfəsini verib”. Stadium.az saytının məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

AFFA və “Bakcell” şirkətinin birgə əməkdaşlığı çərçivəsində İngiltərənin "Mançester Yunayted" klubunun Yay Futbol Məktəbində iştirak etmək istəyən uşaqlar üçün Bakı, Sumqayıt, Gəncə, Tovuz və Qaxda seçim turları təşkil olunacaq. Bununla əlaqədar AFFA-nın inzibati binasında bu gün mətbuat konfransı keçirilib.

Məmmədov bu təcrübədən ikinci dəfə yararlanmağı üstün tutduqlarını bildirib: “Biz artıq ikinci dəfə bu uğurlu təcrübədən yararlanmağı məqsədəuyğun saydıq. Ötən il Bakıda keçirilmiş təlim-məşq toplanışında seçilən 6 gənc istedad “Mançester Yunayted” Futbol Akademiyası ilə tanış oldu, eləcə də, bu klubun futbol məktəbinin Mançester şəhərindəki Denston kollecində keçirilən təlim-məşq toplanışlarında iştirak etdi. İştirakçılardan biri Tamerlan Rizvanov “Mançester Yunayted” Yay Futbol Məktəblərinin “World Skills” finalına qədər yüksəldi. Bu nəticələr bizə gələcəyə ümidlə baxmağa əsas verir və inanırıq ki, builki yay məktəbi də uğurlu olacaq, Azərbaycan futbolunun inkişafına daha bir töhfə verəcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail