AFFA Araz Abdullayevi cəzalandırdı, Süleymanova vaxt verdi

22.04.2014 | 3630 dəfə oxunub

AFFA İntizam Komitəsi bu gün keçirilən iclasda Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində keçirilən "Sumqayıt" - "Neftçi" oyununda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.

Stadium.az xəbər verir ki, “Neftçi” – “Sumqayıt” matçının 66-cı dəqiqəsində “Sumqayıt” klubunun 10 nömrəli futbolçusu Uğur Pamuk idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 90+2-ci dəqiqəsində “Neftçi” klubunun 7 nömrəli futbolçusu Araz Abdullayev azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, klub 2000 manat cərimlənib. “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanovun cəzası başa çatsa da, ona verilmiş cərimə ödənilmədiyi üçün adıçəkilən şəxsə verilmiş - stadiona giriş qadağası hələ də davam edir. Lakin Tahir Süleymanov Topaz Premyer Liqasının XXXI turunun “Neftçi” – “Sumqayıt” matçında iştirak etmişdir. Oyunun AFFA nümayəndəsinin oyundan öncə ona stadionu tərk etməsini bildirsə də, o, bunu rədd etmiş və oyunu izləməyə davam etmişdir. Bu səbəbdən də, “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanova verilmiş cərimə ödənilməyənədək  onun klubun  iştirakı ilə keçirilən Azərbaycan Premyer Liqası və ölkə kuboku matçlarında stadiona girişinə qadağa sanksiyası davam edir. Əgər adıçəkilən şəxs tərəfindən verilmiş qərar yenidən pozularsa, ona qarşı daha ciddi sanksiyalar tətbiq ediləcəkdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail