"Qoldan sonra çox sevindim" AÇIQLAMA

22.04.2014 | 4386 dəfə oxunub

"Mənim üçün çox yaddaqalan oyun oldu. Qalib gəldik, ilk qolu vurmaq nəhayət ki, qismət oldu. Müdafiədə oynadığıma görə çox irəli çıxmaq, qol epizodlarında yer almaq imkanım olmur. Amma bu dəfə irəli çıxdım və Subotiçdən gözəl ötürmə aldım. Yekun zərbəm dəqiq alındı". Stadium.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin müdafiəçisi Ürfan Abbasov klubun rəsmi saytına açıqlamasında deyib.

Azərbaycan Premyer Liqasının 31-ci turunda "Rəvan"la görüşdə fərqlənən gənc futbolçu vurduğu qolu belə şərh edib: "Qoldan sonra çox sevindim, hətta hara qaçacağımı da bilmirdim. Mənim üçün çox həzzverici və həyəcanlı an idi. İnanıram ki, gələcək oyunlarda da belə şanslar yaxalayıb komandama kömək edəcəyəm".

Qeyd edək ki, Ürfan Abbasov “Qəbələ”də keçirdiyi 63-cü oyununda ilk qolunu vurub. Premyer Liqanın XXXI turu çərçivəsində keçirilən "Rəvan" - "Qəbələ" matçında (2:1) fərqlənən müdafiəçi rəqib qapısına yol tapan 84-cü futbolçu kimi klub tarixinə düşüb. Abbasov Premyer Liqada fərqlənən 62-ci “Qəbələ”lidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail