Nikolas Kanales: “Neftçi”yə keçidimin həll olunması haqda deyilənlər isə yalandı"

23.04.2014 | 3801 dəfə oxunub

"Mən də “Neftçi”də qalmaq istəyirdim. Lakin onların təklifi məni qane etmədi. Sonra isə “Kolo-Kolo”dan dəvət aldım. Onların təklif etdiyi maliyyə şərtləri heç də “Neftçi”nin təklifindən geri qalmırdı. Vətəndə oynamaq imkanının yaranması da öz sözünü dedi və “Kolo-Kolo”nu seçdim". Stadium.az xəbər verir ki, bu sözləri "Neftçi"nin sabiq futbolçusu Nikolas Kanales deyib. "1news.az" saytına müsahibə verən çilili forvard Azərbaycana qayıtmaq istədiyini bildirib: "Əlbəttə ki, Azərbaycana qayıtmaq istəyərdim. Təbii ki, bu məsələdə mənim üçün ən yaxşı variant “Neftçi”di. Bu komandada özümü yaxşı hiss edirəm. Lakin təklif olarsa, Azərbaycanın başqa yaxşı klubuna da keçərəm. “Neftçi”yə keçidimin həll olunması haqda deyilənlər isə yalandı. Mənim işlərimlə agentim məşğul olur. Nə mənə, nə də ona heç bir rəsmi təklif olunmayıb".

"Neftçi"də oynadığı vaxt az qala hər oyunda qol vuran Kanales Çilidə bu məhsuldarlığı davam etdirə bilmir. Futbolçu bunu belə izah edib: “Kolo-Kolo”ya keçəndə qol vurmağa başladım. Lakin zədələnib, 2 aylıq sıradan çıxdım. Sonra isə “Uonderers”ə icarəyə verildim. Bu komanda da ümumi problemlər üzündən uğursuz çıxış edir". 

Çilili forvard "Neftçi" azarkeşlərinə təşəkkür edib: "Neftçi" azarkeşlərinin hamısına təşəkkür edirəm. Azərbaycanda oynadığım müddətdə də onların dəstəyini hiss edirdim. Onların bəziləri ilə indi də əlaqəm var".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail