"Bu baş verdi və mən çox xoşbəxt oldum" MÜSAHİBƏ

23.04.2014 | 4101 dəfə oxunub

"Xəzər Lənkəran"ın makedoniyalı yarımmüdafiəçisi Deyan Blajevski ölkəsinin mətbutaına müsahibə verib.  

- Bir neçə ay öncə Makedoniya çempionatında ən yaxşı oyunçu mükafatını aldız. Bu, sizin üçün nə deməkdi?

- Daxili çempionatda ən yaxşı futbolçuya verilən bu mükafat mənim üçün çox şey ifadə edir. Bu, mənə daha yüksək və peşəkar səviyyədə işləmək üçün əlavə motivasiya verdi. Mükafatı qazanmağımda eyni zamanda, keçmiş komanda yoldaşlarımın da rolu oldu. 

- Bundan dərhal sonra isə "Xəzər Lənkəran"la müqavilə imzalamaq qərarına gəldiz. Orda özünüzü necə hiss edirsiz və çıxışınızdan razısızmı? Bundan başqa, hər şey gözlədiyiniz kimidimi?

- "Xəzər Lənkəran"la müqavilə imzaladığım üçün şadam. Bunu ona görə deyirəm ki, "Xəzər Lənkəran" çox yaxşı təşkilatlanmış klubdu. Hətta mənim düşündüyümdən də yaxşıdı.

- Azərbaycan və Makedoniya futbolundakı şəraiti, keyfiyyəti necə müqayisə edərdiz?

- Azərbaycanda şərtlər və keyfiyyət daha yaxşıdı. Çünki burdakı klubların büdcəsi bizdəkilərlə müqayisədə daha çoxdu. Çoxlu səviyyəli legionerlər var. Ona görə də burda keyfiyyət daha çoxdu.

- Hansı mövqedə oynamaq sizin üçün daha uyğundu və nəyə görə?

- Düşünürəm ki, yarımmüdafiənin solunda oynamaq mənə daha uyğundu. Həmçinin hücumçuların arxasında.

- "Turnova"dakı çıxışınızdan sonra 2012-ci ildə Makedoniya millisinə çağrıldız. Yığmadakı debütünüzü və ilk qolunuzu necə xatırlayırsız?

- Açığı, onların məni milliyə dəvət edəcəyini gözləmirdim. Amma bu baş verdi və mən çox xoşbəxt oldum. Öz ölkəsi üçün oynamaq hər bir futbolçunun arzusudu. Millidəki ikinci oyunumda - Antalyada Polşa ilə görüşdə yığmada qol hesabımı açmağa nail oldum. Makedoniya üçün qol vurmaq məni dünyanın ən xoşbəxt insanı eləmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail