Bakının rəqibi ərizəsini geri götürdü

24.04.2014 | 3405 dəfə oxunub

Polşa və Çexiya futbol federasiyaları AÇ-2020-ni keçirmək haqda iddia ərizələrini geri götürüblər. Stadium.az xəbər verir ki, beləliklə, Polşanın Varşava və Xojuv, Çexiyanın Praqa şəhərləri AÇ-2020-ni keçirməyə namizəd olan paytaxtımız Bakının rəqabət yolundan çəkiliblər. Çexiya futbol federasiyasının prezidenti Miroslav Pelta peşəkar baxımdan yarışın keçirilməsinə hazır olduqlarını qeyd edib və iddianı geri götürməyə səbəbin Praqa şəhər bələdiyyəsinin imtina qərarı olduğunu açıqlayıb. Pelta bunun Çexiya futbolu və azarkeşləri üçün böyük itki olduğunu vurğulayıb. Polşa futbol ittifaqının rəhbəri Zbiqnev Bonek isə iddiadan imtinanın səbəbini federasiyanın öz imkanlarını qiymətləndirərək, yarışı keçirməyə şanslarının azlığını əsas gətirməklə izah edib.
Xatırladaq ki, AÇ-2020-nin Avropanın 13 ölkəsində keçirilməsi nəzərdə tutulub. Hazırda bu məqsədlə 35 iddiaçı şəhər öz namizədliyində israrlıdır. Qeyd edək ki, bir qədər əvvəl Finlandiya öz namizədi paytaxt Helsinki qismində iddiasını geri götürmüşdü.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail