"Atamın səhhətində problemlər olduğuna görə, AZAL-dan ayrıldım" MÜSAHİBƏ

24.04.2014 | 4276 dəfə oxunub

AZAL-dan ayrılan və Moldova yüksək liqasında yarışan "Veris"lə müqavilə imzalayan Vladimir Boqdanoviçin müsahibə verib 

- "Veris"də işlərin necə gedir?
- Normal.


- Oynayırsan?
- Hə, oynayıram. Sadəcə iki aylıq müqavilə imzalamışam.

- Niyə iki ay?
- Çox qalmaq istəmirəm burada. Klubsuz qalmamaq üçün “Veris”lə müqavilə imzaladım.


- Bəs AZAL-da niyə qalmadın?
- Belə alındı.


-  AZAL-dan ayrılmağına səbəb nə oldu?
- Özüm ayrılmaq istədim. 


- Problem nədə idi?
- Ailəmə görə Azərbaycandan ayrılmalı oldum. Atam xəstə idi.


- İndi Moldovada xoşbəxtsən?
- Hə. Hər halda iki ay qalacam burada.


- Moldovada oynamaq yaxşıdı, ya Azərbaycanda?
- Mənim üçün əsas odu ki, Moldovada ailəm xoşbəxtdi. AZAL-a da uğurlar arzu edirəm. Çox xoşbəxt idim orada. Bəlkə nə vaxtsa yenidən AZAL-a qayıtdım. Bilmək olmaz. Həyatda hər şey baş verə bilər.


- Təklif almısan Azərbaycandan?
- Yox. Xəbərim də yoxdu.


- Deyirəm, bəlkə Vaqif Sadıqovla problemin olduğuna görə ayrıldın AZAL-dan?
- Deyirsiz, yəni, ailə söhbətini özümdən çıxardıram? Həqiqətən də atam görə getdim. Vaqif Sadıqovla münasibətim əla idi. Mənə görə çox güclü mütəxəssisdi. Ondan çox şeylər öyrəndim.

 

- Komandadan göndərdilər onu. Yerinə Tərlan Əhmədovu gətiriblər...
- Tərlan Əhmədov? Xeyr, onu tanımıram.


- Sən hələ AZAL-a gələndə məni bir sual maraqlandırırdı. Necə alındı ki, “Srvena Zvezda” və “Panetolikos” kimi klubdan sonra AZAL-a gəldin?
- Mən AZAL-dan əvvəl “Torpedo” ilə anlaşmışdım. Sadəcə Moskva klubu birinci divizionda oynadığından düşündüm. Həm də ki söz verdikləri pulu ödəmək istəmədilər. Elə həmin vaxt Vaqif Sadıqov zəng elədi və komandasına dəvət etdi. Mən də gəldim. Peşman deyiləm AZAL-da oynadığıma görə.


- Səni heç AZAL-da aldadan olmadı? Dedikləri pulu qəpiyinə kimi verdilər sənə?
- Məni heç kəs aldatmayıb AZAL-da. Orada futbolçular və rəhbərliklə münasibətim əla idi. Sadəcə, bayaq da dediyim kimi, atamın səhhəti yaxşı olmadığına görə ayrıldım AZAL-dan. (sportinfo.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail