"Qəbələ" ilk dəfə, Syomin 10-cu finalında

25.04.2014 | 3829 dəfə oxunub

Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Xəzər Lənkəran”la cavab oyunu “Qəbələ” üçün uğurlu oldu. Stadium.az xəbər verir ki, 1:1 hesablı səfər heç-heçəsi Yuri Syominin yetirmələrini tarixində ilk dəfə finala çıxardı.

Öz meydanındakı 3:0 hesablı qələbə “Qəbələ”ni 9-cu cəhddən finala çıxara bildi. Komanda 1/8 finalda 3 (2005/06, 2006/07, 2009/10), 1/4 finalda 3 (2010/11, 2011/12, 2012/13) və yarımfinalda 2 (2007/08, 2008/09) dəfə dayanmışdı.

Komandasından fərqli baş məşqçi Yuri Syomin karyerasında 10-cu dəfə ölkə kubokunun finalına çıxdı. O, futbolçu kimi Moskva “Dinamo”sunda SSRİ (1970), baş məşqçi kimi “Lokomotiv”lə Rusiya kubokunu (1995/96, 1996/97, 1999/2000, 2000/01) üst-üstə 5 dəfə qazanıb. Sonuncuların “sükanı arxasında” SSRİ (1989/90) və Rusiya (1997/98), Kiyev “Dinamo”su ilə Ukrayna (2007/08, 2010/11) kubokunun finalçısı olan Syomin 9 həlledici matçdan 5-də qələbə sevinci yaşayıb.

Mütəxəssisin 9 ölkə kuboku finalı ilə yanaşı, beynəlxalq turnirin həlledici matçı da var. 2005-ci il “Birlik kuboku”nun finalında onun çalışdırdığı “Lokomotiv” bu il mayın 22-də “Qəbələ”nin üz-üzə gələcəyi “Neftçi”ni 2:1 hesabı ilə məğlub etmişdi.

Lənkərandakı heç-heçə ilə “Qəbələ”nin Azərbaycan kubokundakı məğlubiyyətsiz oyunlar seriyası 11-ə çatdı. Sonuncu dəfə 2011-cu il martın 8-də “Bakı”ya 0:1 hesabı ilə uduzan “qırmızı-qaralar” bu müddətdə 5 qələbə qazanıb və 6 heç-heçə edib.

Bu matç Luis Hilario və Viktor Mendi üçün Azərbaycan kubokunda yubiley – 10-cu oyun oldu. 24-cü qolunu vuran klub tarixinin ən məhsuldar futbolçusu Mendi kubok yarışlarında 4-cü dəfə fərqləndi. Bu göstəricidə İbrahim Hüseynova çatan hücumçu yalnız Kənan Kərimov (7) və Vüsal Qarayevdən (5) geri qalır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail