Rövnəq Abdullayev UEFA-ya təşəkkür etdi: "Avropa çempionatı istər UEFA-nın, istər iştirakçı komandaların, istərsə də azarkeşlərin ürəyincə olacaq"

28.04.2014 | 3619 dəfə oxunub

AFFA-nın prezidenti Rövnəq Abdullayev Bakıda keçirilmiş futzal üzrə UEFA kubokunun final mərhələsi barədə affa.az saytına fikirlərini bildirib. Stadium.az federasiya prezidentinin fikirlərini diqqətinizə çatdırır: "Böyük sevinc və qürur hissi ilə, əminliklə demək olar ki, ölkəmizdə daha bir beynəlxalq yarış - futzal üzrə UEFA kubokunun final mərhələsi yüksək səviyyədə təşkil olundu. İlk növbədə, bu oyunların təşkilini AFFA-ya həvalə etdiyinə görə UEFA-ya təşəkkürümü bildirirəm. "Dördlər finalı"nın Bakıda təşkil olunacağı ilə bağlı qərar verildikdən dərhal sonra hazırlıq işərinə başlandı və sevindirici haldır ki, oyunlar bütün parametrlərə görə standartlara uyğun şəkildə həyata keçirildi.

Final mərhələsinə yüksəlmiş "Dinamo" (Rusiya), "Kayrat" (Qazaxıstan), "Barselona" (İspaniya) və "Araz"ın iştirakı ilə azarkeşlər çox maraqlı oyunların şahidi oldular. Final mərhələsində bizim üçün daha bir sevindirici məqam təmsilçimiz "Araz" klubunun üçüncü yeri tutaraq mükafatçılar sırasında yer tutması oldu.
"Dördlər finalı"nın yüksək səviyyədə təşkili bizdə bir daha əminlik yaratdı ki, 2016-cı ilə Azərbaycanda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatı istər UEFA-nın, istər iştirakçı komandaların, istərsə də azarkeşlərin ürəyincə olacaq.

Futzal üzrə UEFA kubokunun final mərhələsinin təşkilində böyük əmək sərf etmiş UEFA və yerli təşkilat komitəsinə, AFFA-nın əməkdaşlarına, turnirin təbliğində zəhməti olan mətbuat nümayəndələrinə, oyunların keçirildiyi Sərhədçi İdman Olimpiya Mərkəzinin rəhbərliyini və bütün kollektivinə, oyunları tribunadan izləyərək komandaları qələbəyə ruhlandıran azarkeşlərə təşəkkürümü bildirirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail