AFFA “Qarabağ”, “Neftçi” və "Qəbələ"ni cərimələdi

29.04.2014 | 3395 dəfə oxunub

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Stadium.az xəbər verir ki, yığıncaqda Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyunları və Topaz Premyer Liqasının XXXII turunda baş verənlər müzakirə olunub. “Xəzər Lənkəran”la səfərdəki kubok oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Qəbələ” 1000 manat cərimə olunub.

Çempionatın “Qəbələ” – “Simurq” matçında isə qonaqların baş məşqçisi Georgi Çixradze cəzalanıb. Texniki zona qaydalarını pozan mütəxəssis 1 oyunluq kənarlaşdırılıb və klubunu 1000 manat ziyana salıb.

Turun “Qarabağ”la “Neftçi” arasında mərkəzi oyununda isə hər iki klub cərimələnib. Buna azarkeşlər tərəfindən pirotexniki vasitələrdən istifadə edilməsi səbəb olub. Klublar fanatlarının bu hərəkətinə görə hərəyə 1000 manat ödəyəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail