"İnter"dən tarixi rekord

29.04.2014 | 3403 dəfə oxunub

Bakının “İnter” klubu Topaz Premyer Liqasında ardıcıl 6-cı qələbəsini qazanıb. Stadium.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, son 6 matçda 17 qol vuran və cəmi 2 top buraxan paytaxt təmsilçisi 18 xal qazanıb. “Qəbələ” (4:1), “Rəvan” (3:0), “Simurq” (1:0), “Neftçi” (2:1), “Xəzər Lənkəran”ın (4:0) ardından 32-ci turda “Bakı”nı 3 cavabsız qolla üstələyən “İnter” tarixinin rekordunu təkrarlayıb.

Əvvəllər 3 dəfə 6 qələbəni sıralayan bakılılar rekordunu 4-cü dəfə gerçəkləşdirib. “İnter” 2008-ci ilin yazında – 2007/08 mövsümünün son 6 matçında qələbə qazanmaqla çempionluğu bayram etmişdi. 2008/09 mövsümünün startında – 2008-ci ilin payızında da “İnter” 6 qələbədən ibarət seriyaya imza atıb. Çempionluqla nəticələnən 2009/10 mövsümünün ortalarında da eyni nəticəni təkrarlayan komanda qələbələrindən 3-nü 2009-un sonunda, 3-nü 2010-nun əvvəlində əldə edib.

3-dəfə 7-ci qələbəsini qazanmaq imkanını qaçıran paytaxt təmsilçisi mütləq rekorda imza atmaq üçün “Sumqayıt”a qalib gəlməlidir. İndiyədək rəqibindən 1 top da buraxmayan bakılılar bunu bacarsa, həm də mövsümün rekordunu təkrarlayacaq.

Qeyd edək ki, qələbə seriyalarında mövsümün rekordu “Qarabağ”a (7 oyun), ölkə çempionatları tarixinin rekordu isə “Kəpəz”ə (20 oyun) məxsusdur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail