"Bu dəfəki toplanışa dəvət ediləcəyimə inanmırdım" AÇIQLAMA

02.05.2014 | 3506 dəfə oxunub

Berti Foqts millinin heyətini açıqladı. Yeni oyunçular da var. Onlardan biri də son vaxtlar “Neftçi”də baxımlı oyun sərgiləyən Ruslan Qurbanovdu. Əslində Foqts Ruslanı izlədiyi oyunlarda görmüşdü. Elə buna görə də köməkçilərinə bərk-bərk tapşırmışdı ki, toplanış vaxtı Qurbanovu çağırmağı yadına salsınlar. 

Qurbanov özü saytımıza bu barədə açıqlama verdi. Gənc forvard oturub-durub Foqtsa təşəkkür etdi: “Birinci dəfə Berti Foqts Bəhreynlə oyunda dəvət göndərmişdi. Bu da ikinci dəfədi. Dəvətə görə Berti Foqtsa öz təşəkkürümü bildirirəm. Doğurdan da çox sevinirəm dəvətə görə”

Ruslan Foqtsun ona nə vaxtsa əsas millidə şans verəcəyini inandığı bildirib: “Düşünürdüm ki, Berti Foqts məni də nə vaxtsa milliyə cəlb edər. Açığı, bu dəfəki toplanışa dəvət ediləcəyimə inanmırdım. Ona göə Foqtsun dəvəti mənim üçün gözlənilməz oldu. Məni milliyə layiq gördüyünə görə Foqtsa təşəkkür edirəm”.

Millinin formasını geyinməmişdən Qurbanova sanki bir ruh gəldi. Belə olmasaydı forvard ABŞ-la matç üçün iddialı danışmazdız. Dediyinə görə onları məğlub da edə bilərik. Özü də ABŞ-ın meydanında: “ABŞ çox yaxşı komandadı. Millidə güclü futbolçular çıxış edir. İnşallah bu oyunda bütün gücümüzü meydanda qoyacağıq ki, ABŞ-dan zəif olmadığımızı göstərək. Futboldu, hər şey ola bilər”. (sportinfo.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail