Əmrah Çəlikəl: "Streymur"a zəif yanaşsaq, sonrası bizim üçün çətin olar"
- "Banqa" ilə cavab oyunu necə keçdi?
- Uşaqlar əllərindən gələni etdilər. İlk görüşlə müqayisədə litvalılar yaxşı oynadılar. Onlar bizim oyunumuzu bildikləri üçün müdafiəyə çəkilmişdilər. Ona görə də qol vurmağa çətinlik çəkirdik. «Banqa» müdafiədə otursa da, komandamız istəyinə çatdı. Qələbə münasibətilə hamını təbrik edirəm. «Qarabağ»ı dəstəkləməyə gələn azarkeşləri sevindirdik. «Qarabağ»ı sona qədər dəstəkləyən azarkeşlərə də təşəkkürümü bildirirəm.
- Növbəti mərhələdə rəqib «Streymur»dur. Farer adaları təmsilçisi o qədər də güclü klub hesab olunmur. Siz necə düşünürsüz?
- Rəqibi kiçiltmək olmaz. Onlara qiymət vermək və dəyərləndirmək lazımdır. «Streymur»a zəif yanaşsaq, sonrası bizim üçün çətin olar. Avropa Liqasına vəsiqə qazanıblarsa, elə-belə komanda deyillər. «Banqa»nı da zəif hesab etmək olmaz. Hər iki oyunda əzmkarlıq göstərdilər. Sadəcə, oyunları alınmadı və nəticədə «Qarabağ» güclü oldu.
- «Streymur» haqqında məlumat toplaya bilmisiz?
- Bu işlə məşqçilər korpusu məşğul olur. Rəqib barədə az da olsa, məlumat yığa bilmişik. Amma hələ yetərincə deyil. Qurban müəllim «Streymur»un oyununu çözəndən sonra komanadanı rəqibə görə hazırlayacaq.
- Sizcə, «Qarabağ» bu oyunla qrup mərhələsinə düşə bilər?
- Artıq üçüncü ildir Avropa Liqasına qatılırıq. Buna qədər iki dəfə qrup mərhələsinə yaxınlaşmışıq. Pley-offda qarşımıza elə rəqiblər çıxdı ki, onları keçmək mümkün olmadı. Hansı ki, «Tvente» və «Borussiya» öz ölkəsində növbəti mövsüm çempion oldular. İndi qismət olarsa, püşk qarşımıza bizə uyğun rəqib çıxararsa, qrup mərhələsinə də vəsiqə qazanarıq. Ən pis halda ötən illərdəki uğurlarımızı təkrarlamaq istəyirik.
- «Qarabağ»da yeni transferlər gözlənilir?
- Transferlərlə bağlı qərarı baş məşqçi verir. Əgər onun bəyəndiyi oyunçu olsa, alacağıq. Həmin futbolçu «Qarabağ»ı gücləndirəcəksə, niyə də olmasın?
- Komanda qrupa düşərsə, futbolçulara mükafat veriləcək?
- «Qarabağ»ın uğurlarının arxasında mükafat deyil, birlik dayanır. Klub rəhbəri futbolçuların əməyini yüksək qiymətləndirir. «Qarabağ»ın uğur qazanması üçün əlindən gələni edən hər kəs bunun qarşılığını alacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |