"Qarabağ"da sürpriz ziyarət FOTO

07.05.2014 | 2946 dəfə oxunub

Sabah "Qarabağ" Premyer Liqada "İnter"lə vacib qarşılaşmaya çıxacaq. Stadium.az xəbər verir ki, bəlkə də çempionatın ən vacib görüşünə saatlar qala Ağdam klubunun düşərgəsində xoş bir sürpriz yaşanıb.

Belə ki, daim komandasının yanında olan, ən həssas məqamlarda dəstəyini göstərən, inamını nümayiş etdirən "Qarabağ"ın başqanı Tahir Gözəl komanda üzvlərini ziyarət edib. Komandanın təlim-məşq üçün yığışdığı otelə gedən Tahir bəyi görən baş məşqçi Qurban Qurbanov və kapitan Rəşad Sadıqov təəccübləniblər. Başqanın ani gəlişini xoşhallıqla qarşılayan baş məşqçi və kapitan Tahir bəyin ziyarətindən məmnuniyyətini ifadə ediblər. Sürpriz dəstək ziyarətində başqanla çay süfrəsindəki sohbət 1 saat davam edib. Başqan komandanın son durumu ilə maraqlanıb, mövcud durumla bağlı ətraflı bilgi alıb. Sabah "İnter"lə qarşılaşacaq komandaya inandığını bildirən Tahir bəy "Qarabağ" camiəsinin bugünlərdə bütünləşdiyini və ən böyük uğurları gözlədiyini ifadə edib. O, sabahkı oyunda da "Qarabağ"a uğurlar arzulayıb. Başqan baş məşqçiylə və kapitanla sağollaşanda komandaya inancını bir daha nümayiş etdirib.

İşlərinin çoxluğuna baxmayaraq, Tahir bəy oteldən ayrılaraq dərhal Suraxanıya yollanıb. O, Suraxanı qəsəbə stadionu ərazisində "Qarabağ"ın yeni bazasının - otel inşaatının tamamlama mərhələsiylə tanış olub. İnşaatla yaxından tanış olan başqan tamamlama prosesinin daha da sürətləndirilməsini tövsiyə edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail