"Bakı"da qalmaqal: legionerlər oyuna getmədilər

07.05.2014 | 3270 dəfə oxunub

"Bakı"nın düşərgəsində qalmaqal baş verib. Stadium.az xəbər verir ki, komandanın bütün üzvləri ötən gün Qəbələyə yollanmaqdan imtina edib.

Futbolçular bu addımı maaşlarının gecikməsinə görə atıblar. Nəticədə klub rəhbərliyi ilə futbolçular arasında təcili görüş baş tutub. Görüşdə vitse-prezident Yaşar Seyidov oyunçuları inandırıb ki, klub prezidenti Hafiz Məmmədov geri qayıdan kimi, bütün maliyyə problemləri həllini tapacaq və futbolçulara olan borclar ödəniləcək.

Amma legioner futbolçular hətta bundan sonra da Qəbələyə getməyə razı olmayıblar. Nəticədə ötən gün əvəzedicilərin çempionatında "Qəbələ" ilə qarşılaşmış ikinci komandanın üzvlərinin Bakıya qayıtmamasına qərar verilib. Mümkündü ki, bu gün "Bakı"nın heyətində əvəzedici komandanın da bəzi üzvləri yer alsınlar.

Seyidov da saytımıza açıqlamasında futbolçularla belə bir problemin olduğunu gizlətməyib: "Futbolçuları inandırdım ki, Hafiz Məmmədov qayıdan kimi onların bütün problemləri yoluna qoyulacaq".

"Bakı"nın "üsyançı" futbolçuları, "Qəbələ" ilə oyuna çıxmaq istəməyənlərin yay transfer pəncərəsi dövründə transferə çıxarılması istisna olunmur. Çünki "Qəbələ" ilə oyun bu komandanın Avropa Liqasına çıxması baxımından həlledici əhəmiyyət daşıyırdı. Paytaxt təmsilçisi məğlub olacağı halda avrokuboklara vəsiqə qazanmaq üçün bütün şanslarını itirmiş olacaq.

Qeyd edək ki, məhz bu qalmaqal səbəbindən "Bakı" Qəbələyə bu gün yollanmaq məcburiyyətində qalıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail