Tərlan Əhmədov nə edəcəyini bilmir

07.05.2014 | 3449 dəfə oxunub

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 34-cü turunda "Neftçi" ilə bərabərə qaldıqların oyundan (0:0) sonra fikirlərini bildirib. Stadium.az xəbər verir ki, Əhmədov futbolçularına verilən hər iki qırmızı vərəqənin düzgün olduğunu deyib: “Dörd heç-heçədən sonra qələbə qazanmaq istəyirdik. İddiamız yoxdur, öz imicimiz üçün oynayırıq. Qələbə qazanmaq istəyirdik, ilk hissədə çox istəkli oynadıq. Hakimlik barəsində heç nə deməyəcəm. Hər iki qırmızı dəqiq idi. Mən də qırmızı almışam, amma baxır nəyə görə. Murad Ağayev rəqib cərimə meydançasında, qapımıza təhlükə olmayan zamanda qayda pozuntusuna yol verdi. Qol vura bilmirik, bu, məni düşündürür. Yaradılan epizodlardan heç olmazsa, birində fərqlənmək lazımdır. “Neftçi” bu gün yüksək səviyyədə oynadı. Bundan əvvəlki matçlarda da da bu cür oynasaydı, çempionatda xal itkisinə yol verməzdi”. 

Komandada zədəli və cəzalı duruma düşən futbolçuların çoxluğundan şikayətlənən T.Əhmədov növbəti qarşılaşmada hansı heyətlə meydana çıxacaqlarını bilmədiyini söyləyib: "Komandada üç gənc futbolçudan biri mövsümü bitirib, ikisi isə cəzalı duruma düşdü. Növbəti turda hansı heyətlə meydana çıxacağımı bilmirəm. Əvəzedici heyətdə istədiyim səviyyədə futbolçu yoxdur. Hərdən yerli futbolçuları çox qınayırıq, amma bu il gələn legionerlərin də səviyyəsi yüksək deyil".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail