Sxadadze: "İnter"dən gedib-getməyəcəyimi dəqiq deyə bilmərəm"

07.05.2014 | 3545 dəfə oxunub

"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 34-cü turunda "Qarabağ"a məğlub olduqları oyunu (1:4) şərh edib. Stadium.az xəbər verir ki, Sxadadze Ağdam təmsilçisini çempion olması münasibəti ilə təbrik edib: "Mövsümü yaxşı keçirdilər, çempionluğa layiq idilər. Çoxlu qol epizodları oldu. Hesab 2:1 olduqdan sonra oyuna intriqa qayıtdı. “Qarabağ”ın üçüncü qolu isə həlledici oldu. Hakimlik haqda bir şey yox idi, “Qarabağ” bu mövsüm bizi dörd dəfə məğlub edib. Bizim yeddi oyunluq qələbə seriyamız var idi. Obyektiv olmaq lazımdır.

Sxadadze bildirib ki, mövsümü ikinci pillədə başa vurmağa çalışacaqlar: "Mövsümün əvvəlində iddialılar sırasında olsaq da, ilk altı turdan sonra bizi ciddi qəbul etmirdilər. İkinci yer bizim üçün böyük uğur sayılacaq. Qarşıda bizi iki vacib oyun gözləyir, çalışmalıyıq ki, mövsümü ikinci pillədə başa vuraq".

Gürcü mütəxəssis "İnter"də qalıb-qalmayacağı ilə bağlı qərarını hələ vermədiyini söyləyib: "Artıq beş mövsümdür ki, burada işləyirəm. Ölkə kubokundan başqa bütün titulları qazanmışam. Yaxşı komanda yaratmışıq. Buradan getməyim, bəlkə də, düzgün olmazdı. Amma indidən gedib-getməyəcəyimi dəqiq deyə bilmərəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail