Mövsümün yubiley qolu

08.05.2014 | 3160 dəfə oxunub

Topaz Premyer Liqasında 2013/14 mövsümünün 400-cü qolu vurulub. Stadium.az xəbər verir ki, yubiley qolu “Rəvan”la “Simurq” arasındakı matçda qeydə alınıb. Oyunun 26-cı dəqiqəsində penaltidən vurduğu topla paytaxt təmsilçisinə 1:0 hesablı qələbə qazandıran Xuan Manuel Varea 34-cü turun və günün 8-ci qoluna imza atıb. Əvvəlki 33 turda 392 qol vurulduğundan “Rəvan”ın argentinalı legionerinin topu cari mövsümün 400-cü qolu olub. Maraqlıdır ki, 300-cü qol da bu komandaların oyununda  vurulmuşdu. 3-cü dövrənin 25-cı turuna təsadüf edən oyunda Rəşad Eyyubov “Rəvan”ı məyus etməklə yubiley qoluna imza atmışdı.
Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 12-də “Qəbələ” ilə ev oyununda “Bakı”nın litvalı legioneri Mindauqas Kalonas vurmuşdu. 100-cü qol AZAL-ın oyunçusu Qərib İbrahimovun, 200-cü isə onun komanda yoldaşı Con Olureminin hesabındadır. Onlar müvafiq olaraq 9-cu turun “Simurq” və 18-ci turun “Neftçi” ilə qarşılaşmalarında fərqləniblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail